Jump to content
Baku365.com

"Тертерское дело"


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Nazir “Tərtər işi”nə görə bəraət alanların təzminatını ödəməkdən imtina edib Nazir “Tərtər işi”nə görə bəraət alanların təzminatını ödəməkdən imtina edib

Maliyyə Nazirliyi “Tərtər hadisələri” dövründə həbs olunub beş il yarım sonra bəraət almış şəxslərə kompensasiya ödəməkdən imtina edir. Məhkəmə nazirliyin üzərinə onlara təzminat ödəmək öhdəliyi qoysa da, dövlət orqanı bununla razılaşmır.

2017-ci ilin may-iyun aylarında Tərtərdə dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs edilib 20 ilə qədər cəza alanlardan 19 nəfər 2022-ci ilin dekabrında bəraətlə azadlığa buraxıldı.

Onlar həbsdən çıxandan sonra təzminat tələbi ilə ayrı-ayrılıqda məhkəməyə müraciət ediblər. Cavabdeh qismində isə Maliyyə Nazirliyini göstəriblər.

Bəraət alan şəxslər iddia ərizələrində göstəriblər ki, heç bir cinayət törətmədikləri halda, 5 il yarım həbsdə saxlanılıblar, günlərlə ağlasığmaz işgəncələrə məruz qalıblar, “vətən xaini” adlandırılaraq şərəf və ləyaqətləri alçaldılıb. Ərizəçilərin bir neçəsi göstərib ki, həbsdə olduqları dövrdə ailələri dağılıb, həyat yoldaşları onlardan boşanıb. Bəzilərinin valideynləri dözməyərək həyatını itirib.

Maliyyə Nazirliyi Nəsimi rayonu ərazisində yerləşdiyinə görə kompensasiya tələbi ilə qaldırılan iddialara da bu rayonun məhkəməsində baxılıb. Məhkəmə iddiaları qismən təmin edib. Mənəvi ziyana görə həbsdə olduqları hər aya görə 1000 manatdan hesablanmaqla, 66 min kompensasiya təyin olunub. Maddi ziyan isə hesablanarkən hərbçilərin həbsdən öncə aldıqları maaşın məbləği və s. əsas götürülüb. Beləliklə, keçmiş “Tərtər məhbusları”na 118 min, 123 min və başqa məbləğdə kompensasiyalar təyin edilib.

Məhkəmənin çıxardığı qərarlara əsasən, bu vəsaitləri Maliyyə Nazirliyi ödəməlidir. Lakin nazirlik bundan imtina edir.

Maliyyə Nazirliyi Nəsimi rayon Məhkəməsinin keçmiş “Tərtər məhbusları” ilə bağlı təmin olunmuş kompensasiya qərarlarının hamısından apellyasiya şikayəti verib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, nazirliyin nümayəndəsi bildirib ki, bu şəxslərə ziyanı Maliyyə Nazirliyi vurmayıb. Ona görə də təzminatı bu qurum ödəməməlidir: “Bu məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi yox, bu adamlara qarşı pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. Nazirlik heç bir ziyan vurmayıb. İddia tələbi də müvafiq hərəkətlərə yol verən, qərarlar qəbul edən orqana yönəlməlidir, Maliyyə Nazirliyinə yox…”.

Nazirliyin əməkdaşı vurğulayıb ki, konkret bu işdə vətəndaşa ziyan vuranlar hüquq-mühafizə orqanının (prokurorluq) əməkdaşı və onun verdiyi ittiham əsasında hökm çıxarmış hakimdir. Lakin onlar məsuliyyətdən kənarda saxlanılıb: “Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməzdir. Hər bir dövlət orqanı müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən… orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir”.

Amma Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin olunmayıb. Nazirliyin bu qərarlardan Ali Məhkəməyə şikayət verib-verməyəcəyi məlum deyil.

KONKRET.AZ

Məhkəmənin çıxardığı qərarlara əsasən, bu vəsaitləri Maliyyə Nazirliyi ödəməlidir. Lakin nazirlik bundan imtina edir.

 

  • Like 1
Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

TƏRTƏR CİNAYƏTİNİ BÖYÜK CİNAYƏTKAR TƏŞKİLAT TÖRƏDİB!

Link to comment
Share on other sites

  • 4 weeks later...
S.T.A.L.K.E.R

Прокурор потребовал лишить свободы ряд лиц, арестованных по «Тертерскому делу»  Прокурор потребовал лишить свободы ряд лиц, арестованных по «Тертерскому делу»

Завершилось судебное расследование по уголовному делу полковника Вюсала Алескерова, бывшего начальника штаба полковник-лейтенанта Рашида Нифталиева, рядовых Рамиля Гараева и Рустама Алескерова, обвиняемых по «Тертерскому делу».

Как сообщает АПА, на процессе в Бакинском военном суде под председательством судьи Джамала Рамазанова выступил прокурор. Он потребовал приговорить В.Алескерова к 10 годам, Р.Алескерова к 12 годам, Р.Нифталиева к 9 годам и Р.Гараева к 8 годам и 6 месяцам лишения свободы.

Адвокаты попросили время для выступления защиты.

Суд отложен на неопределенное время.

MEDIA.AZ

Завершилось судебное расследование по уголовному делу полковника Вюсала Алескерова, бывшего нач�

 

  • Facepalm 1
Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

Tərtər işgəncələrinə görə dörd nəfərə 40 ilə yaxın cəza istəndi image.thumb.jpeg.81829f355303a61b096acb57dfe96301.jpeg

  

2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə suçlananlardan dörd nəfərin mühakiməsi yekunlaşır. Bunlar Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.

Tərtər işgəncələri ilə bağlı mühakimə olunanların hamısının işi üzrə araşdırmaları Bakı Hərbi Məhkəməsinin hakimləri aparsalar da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

"Mən adi MAXE idim"

Oktyabrın 10-da məhkəmədə prokuror Orxan Səmədov deyib ki, adları çəkilən şəxslərə verilən ittihamlar sübuta yetirilib. Prokuror təklif edib ki, R.Ələsgərova 12 il, V.Ələsgərova 10 il, R.Niftəliyevə 9 il, R.Qarayevə isə 8 il 6 ay həbs cəzası verilsin.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 293-cü (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (vəzifə səlahiyyətlərini aşma) və s. maddələri ilə ittiham olunurlar. MAXE olmuş R.Ələsgərov işgəncə nəticəsində həyatını itirmiş şəxslərin ölümündə də suçlanır. Ancaq o deyir ki, kimsəsiz olduğundan başqalarının təqsirini onun üzərinə atıblar: "Yetim adamam, heç kimim yoxdur. Xəstə uşağıma dərman ala bilmirəm. Mən günü 20 manata kanalizasiya təmizlədiyim yerdə gəlib məni tutublar. Mən adi MAXE idim. Orada adamları yığıb, işgəncə verdikləri binanın mühafizəsinə aparmışdılar bizi. Məni heç binanın içinə buraxmırdılar". 

Oktyabrın 10-da prokurorun çıxışından öncə həm zərərçəkənlər, həm də təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatət qaldırıblar.

Hər iki tərəf müdafiə naziri Zakir Həsənov, hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, indiki və keçmiş Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov və Kərim Vəliyev də daxil, yüksək vəzifəli şəxslərin dindirilməsinin vacib olduğunu vurğulayıblar.

"Yuxarı komandanlıq yoxdur ortada"

"İttiham aktında yazılıb ki, "yuxarı komandanlığın əmri ilə mütəşəkkil dəstə yaradılıb, bu cinayətlər törədilib". Bəs mütəşəkkil dəstəni yaradan yuxarı komandanlıq hanı? Yuxarı komandanlıq yoxdur ortada...", - V.Ələsgərovun vəkili Samir İsayevin sözləridir.

Tərtər hadisələrində işgəncə nəticəsində ölən hərbçi Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, üstündən altı il keçsə də, oğlunu kimin öldürdüyünü hələ öyrənə bilməyib. O bu hadisələrdə əli olan şəxslərə dövlətə xəyanət və qəsdən adam öldürmə ittihamları verilməsini, bu əsasla da işin ibtidai istintaqa qaytarılmasını tələb edib.

İşgəncə nəticəsində həyatını itirən başqa bir hərbçi Süleyman Kazımovun qardaşı Əhəd Kazımov deyir ki, korpus komandiri olmuş general Hikmət Həsənovun nəinki məsuliyyətə cəlb olunmaması, ümumiyyətlə, dindirilməməsi anlaşılan deyil: "Sanki sürücüsü Hikmət Həsənov olan avtobusda mütəşəkkil dəstə var. Avtobus aşıb. Amma sürücü ortada yoxdur...". 

Prokuror adları çəkilən yüksək vəzifəli şəxslərin çağrılıb dindirilməsinə etirazını bildirərək deyib ki, "Tərtər işi" üzrə istintaq davam edir. Bu məhkəmədə dörd nəfərin işinə baxılır.

Həmin arqumentə dayanan məhkəmə qaldırılmış vəsatətlərin heç birini təmin etməyib.

Xatırlatma

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı hazırda üç qrupun məhkəməsi gedir. İki qrupun hərəsində dörd nəfər, bir qrupda isə beş nəfər mühakimə olunur.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələri ilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddiaları ilə əlaqədar mühakimə olunur.

2017-ci ildə "Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlara 20 ilədək həbs cəzası kəsilib. Amma 2021-ci ilin dekabrında yenidən araşdırmalar başlanandan sonra dövlətə xəyanətdə suçlanan şəxslərdən 19 nəfərin işinə də yenidən baxılıb və onlar bəraət alıblar. Həmin şəxslər hazırda Tərtər işgəncələri ilə bağlı məhkəmələrdə də zərərçəkmiş qismində iştirak edirlər.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan çox olduğunu deyirlər.

İşgəncə nəticəsində ölənlərdən beş nəfərə sonradan bəraət verilib.https://www.azadliq.org/a/terter-isi-ceza/32631383.html

 

Link to comment
Share on other sites

TryImpossible

Просто удивительно, армянских сепаратистов даже обезвреживали, точечно арестуя их главарей, действующих лиц, но с зачинщиками тертерских событий не могут справиться. 

  • Like 4
  • Haha 1
Link to comment
Share on other sites

Светлый путь

все кадры наджметдина были апар тулла.Помню мы жаловались на одного дебила и даже били его,на все в мо говорили что это его кадр.А как он попал в коррупционный скандал так сразу наджиб от него открестился,типа армия большая он его вообще не знает.Про таких в милли орду говорят мужская тутка.

  • Like 2
Link to comment
Share on other sites

  • 2 weeks later...
S.T.A.L.K.E.R

Оправданным по "Тертерскому делу" выплачено более миллиона манатов компенсаций W1siZiIsIjIwMjMvMTAvMjEvMTIvMDkvMTQvMDI4NDU2YzctYzhiNS00NzFkLTk4MWEtNjUzZjdiY2U3MzhlLzM4MDA2NTYzOV8yNDA5MzM3NDg5NjQwMzlfMjkxMjEzNzA3MDE2NzUxNTk4MV9uLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDEzIyJdXQ?sha=69b4c3a3b8c059f6

Стала известна общая сумма компенсаций, выплаченных лицам, осужденным по "Тертерскому делу" и впоследствии оправданным.

Об этом Qafqazinfo сообщил адвокат Расул Джафаров.

По его словам, из числа осужденных по "Тертерскому делу" на сегодняшний день оправданы в общей сложности 54 человека. Сумма компенсации, которая будет выплачена 22 военнослужащим, составила 1 546 000 манатов. Кроме того, шести оправданным по тому же делу гражданским лицам была выделена компенсация в размере 167 420 манатов.

Р.Джафаров отметил, что в настоящее время продолжаются судебные процессы по иску о компенсации.

Отметим, что ответчиком по всем искам признано Министерство финансов.

RU.OXU.AZ

Стала известна общая сумма компенсаций, выплаченных лицам, осужденным по "Тертерскому делу" и впоследствии...

 

Link to comment
Share on other sites

  • 2 weeks later...
S.T.A.L.K.E.R

"Tərtər işi” ində ittiham olunan Sultan Zeydullayev 5 il 7 ay sonra bəraət alıb. Baş leytenant əvvəlki məhkəmə qərarıyla 20 il həbsə məhkum olunmuşdu. Nəsimi rayon məhkəməsinin qərarıyla Sultan Zeydullayevə 182 min 642 manat təzminat ödənilməlidir. Məhkəmə iddiaçının tələbini qismən təmin edib

Link to comment
Share on other sites

Светлый путь

идеолог тертерской резни наджметдин сегодня ответил на вопросы журналистов о хищениях в мо словами -я устал что вы от меня хотите.Души невинно убиенных и погибших благодаря его некомпетентности видимо его не беспокоят.

Link to comment
Share on other sites

  • 3 weeks later...
S.T.A.L.K.E.R

Saldılar otağa, 3 dəfə z0rladılar. İlham Əliyev, korsan? Tərtər İşi. ETİRAZ

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

image.png.51dc999c42571dad356141ef232d22ec.png

"Tərtər işi"ndə istintaq yenilənəndən bəri yüzlərlə hərbçiyə qarşı işgəncəyə görə həbs olunanlardan dörd nəfərə noyabrın 29-da hökm oxunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər birinə 5 il 6 ay həbs cəzası kəsilib. Onlar işgəncə vermə, vəzifə səlahiyyətlərini aşma, hərbçilərin qanunsuz azadlıqdan məhrum edilməsi kimi əməllərdə suçlu sayılıblar.

Daha bir MAXE - hərbi qulluqçu Rüstəm Ələsgərovun cəzası daha ağır olub – 9 il 6 ay. R.Ələsgərova digər üç nəfərdən fərqli olaraq, həm də işgəncə nəticəsində həyatını itirən şəxslərin ölümü ilə də bağlı ittiham verilib.

Adları çəkilən dörd nəfərin heç biri özünü təqsirli bilmir. R.Ələsgərov deyir ki, nəinki ölümlərdə, heç işgəncələrdə də iştirakı olmayıb. O iddia edir ki, Tərtərdə 2017-ci il mayın 1-də hərbçilərə qarşı kütləvi işgəncələr başlanandan sonra rəhbərlik bir sıra hərbi qulluqçunu, eləcə də onu hadisələrin cərəyan etdiyi köhnə qərargah binasının mühafizəsinə göndərib. O vurğulayıb ki, cinayəti törədənlər pulu, himayədarı olduğundan cinayət məsuliyyətindən kənarda saxlanılıblar. Əvəzində onun kimi kimsəsizləri cəzalandırıblar.

Təqsirləndirilən polkovnik V.Ələsgərov Tərtər olaylarına göstəriş verənlər məsuliyyətdən kənarda qaldığı halda, əmr icraçılarının cəzalandırılmasına etiraz edir. 

Hökm Tərtərdə işgəncəyə məruz qalmış, ailə üzvlərini itirmiş zərərçəkənləri də qane etməyib. Onlar hökmdən apellyasiya şikayəti verəcəklərini deyirlər.

Mərhum hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova AzadlıqRadiosuna bildirib ki, həm verilən cəzaların yüngül olmasından, həm də işgəncələrə rəhbərlik etmiş, göstəriş vermiş şəxslərin məsuliyyətdən kənarda saxlanmasından narazıdırlar: "Normal araşdırma aparılmadı. Əslində bu məhkəmədəki dindirmələrdə çox şey üzə çıxdı, amma heç bir tədbir görülmədi. Vəsatətlərimiz təmin olunmadı. Cəza da həddindən artıq aşağıdır. Tərtər işgəncələrində o cür oğulları öldürüblər. Bu cinayətdə əli olanlara azı 20 il verilməlidir. Bu, toyuq oğurluğu deyil ki...".

Xatırlatma

İndi 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı daha iki qrupun məhkəməsi gedir. Bunlardan birində dörd, digərində isə beş nəfər mühakimə olunur.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələri ilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddiaları ilə əlaqədar mühakimə olunur.

2017-ci ildə "Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlara 20 ilədək həbs cəzası kəsilib. Ancaq 2021-ci ilin dekabrında yenidən araşdırmalar başlanandan bəri dövlətə xəyanətdə suçlanan şəxslərdən 19 nəfərin işinə də yenidən baxılıb və onlar bəraət alıblar. Bəraət alanlar hazırda Tərtər işgəncələri ilə bağlı məhkəmələrə zərərçəkmiş qismində qatılırlar.

Hüquq müdafiəçiləri 14 nəfərin işgəncələrdən öldüyünü deyirlər. Ölənlərdən beş nəfərə sonradan bəraət verilib.

D3IYBXY1U9ORUM.CLOUDFRONT.NET

"Tərtər işi"ndə istintaq yenilənəndən bəri yüzlərlə hərbçiyə qarşı işgəncəyə görə həbs olunanlardan dörd nəfərə noyabrın 29-da hökm oxunub.

 

Link to comment
Share on other sites

  • 2 months later...
S.T.A.L.K.E.R

Prezidentin general-leytenant rütbəsi verdiyi Mayis Bərxudarov kimdir? –  DOSYE – Yeni Çağ Media  ARAŞDIRILMAYAN CİNAYƏTLƏR: 20-Cİ SERİYA - General-leytenant Mais Bərxudarov General-leytenant Mais Bərxudarovun adı “Beyləqan işgəncələri” işində rəhbərlik etdiyi ordu korpusunda hərbçilərə qarşı kütləvi işgəncələrin verilməsində hallanırdı. “Abzas Media” ittiham aktı və məhkəmə istintaqı dövründə verilən şahid və zərərçəkmiş ifadələri əsasında Mais Bərxudarova yönəlik ittihamları araşdırıb. Bərxudarovun  sözügedən ittihamlarla bağlı dəfələrlə hakim qarşısında ifadə verməyi tələb olunsa da, o, heç vaxt bu işlə bağlı məhkəmə qarşısına çıxarılmayıb, dindirilməyib. Mais Bərxudarov 2014-cü ildən “Beyləqan korpusu” kimi tanınan II Ordu Korpusuna komandanlıq edir. O, müxtəlif vaxtlarda “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” “Qüsursuz xidmətə görə” və s. medallarla təltif olunub.

.

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

Nəcməddin Sadıkovun dindirilməsi ilə bağlı vəsatət verildi – “Tərtər işi”necmeddin-sadikov-foto.jpg “Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun barələrindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
İş üzrə vəkillər apellyasiya şikayətinə istintaqla baxılmasını və sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun şahid qismində dindirilməsi ilə bağlı vəsatət veriblər.
Vəsatət təmin edilməyib və məhkəmə baxışı fevralın 28-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər.
Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.https://www.yeniavaz.com/az/news/228544/necmeddin-sadikovun-dindirilmesi-ile-bagli-vesatet-verildi-terter-isi

Link to comment
Share on other sites

  • 1 month later...
S.T.A.L.K.E.R

“Ən azı çörək pulum olsun” - MN “Tərtər işi”nin qurbanını orduya yararsız hesab edir

 

Link to comment
Share on other sites

  • 1 month later...
S.T.A.L.K.E.R

Сегодня в Сумгайытском судебном комплексе состоялось заседание по громкому "Тертерскому делу", в рамках которого обвинялись Руслан Микаилов, Санан Машыев, Джабир Гахраманов и Эльчин Алиев.

Как передает АПА, под председательством судьи Бакинского военного суда Зейнала Агаева был объявлен приговор фигурантам резонансного дела.

Согласно вердикту, Руслан Микаилов приговорен к 6 годам и 10 месяцам лишения свободы, Санан Машыев - к 4 годам и 10 месяцам, Джабир Гахраманов - к 6 годам и 8 месяцам, а Эльчин Алиев - к 5 годам и 8 месяцам тюремного заключения.

Стоит отметить, что прокурор требовал для Р.Микаилова и С.Машыева по 9 лет и 10 месяцев, для Дж.Гахраманова - 8 лет и 5 месяцев, а для Э.Алиева - 7 лет и 8 месяцев лишения свободы.

"Тертерское дело" получило широкий резонанс в декабре 2021 года, когда Генпрокуратура Азербайджана приняла решение о возобновлении расследования по фактам пыток и превышения должностных полномочий в отношении военнослужащих. В ходе следствия десятки лиц были привлечены к уголовной ответственности по подозрению в противоправных действиях.

Фигурантам дела были предъявлены обвинения по статьям 145.3 (незаконное лишение свободы), 293.2 (пытки и жестокое обращение), 341.2.2 и 341.2.3 (превышение должностных полномочий), 128 (умышленное причинение легкого вреда здоровью) и другим статьям Уголовного кодекса Азербайджана.https://oxu.az/ru/kriminal/zachitan-prigovor-obvinyaemym-po-terterskomu-delu

Link to comment
Share on other sites

Werty
04.06.2024 в 16:57, S.T.A.L.K.E.R сказал:

Сегодня в Сумгайытском судебном комплексе состоялось заседание по громкому "Тертерскому делу", в рамках которого обвинялись Руслан Микаилов, Санан Машыев, Джабир Гахраманов и Эльчин Алиев.

Как передает АПА, под председательством судьи Бакинского военного суда Зейнала Агаева был объявлен приговор фигурантам резонансного дела.

Согласно вердикту, Руслан Микаилов приговорен к 6 годам и 10 месяцам лишения свободы, Санан Машыев - к 4 годам и 10 месяцам, Джабир Гахраманов - к 6 годам и 8 месяцам, а Эльчин Алиев - к 5 годам и 8 месяцам тюремного заключения.

Стоит отметить, что прокурор требовал для Р.Микаилова и С.Машыева по 9 лет и 10 месяцев, для Дж.Гахраманова - 8 лет и 5 месяцев, а для Э.Алиева - 7 лет и 8 месяцев лишения свободы.

"Тертерское дело" получило широкий резонанс в декабре 2021 года, когда Генпрокуратура Азербайджана приняла решение о возобновлении расследования по фактам пыток и превышения должностных полномочий в отношении военнослужащих. В ходе следствия десятки лиц были привлечены к уголовной ответственности по подозрению в противоправных действиях.

Фигурантам дела были предъявлены обвинения по статьям 145.3 (незаконное лишение свободы), 293.2 (пытки и жестокое обращение), 341.2.2 и 341.2.3 (превышение должностных полномочий), 128 (умышленное причинение легкого вреда здоровью) и другим статьям Уголовного кодекса Азербайджана.https://oxu.az/ru/kriminal/zachitan-prigovor-obvinyaemym-po-terterskomu-delu


За кражу соседской хромой курицы больше дают 😡

Link to comment
Share on other sites

  • 3 weeks later...
S.T.A.L.K.E.R

“5-6 qapazvuranı tutublar, sifariş verənlər qalıb qıraqda” – Tərtər işi

Link to comment
Share on other sites

  • 1 month later...
S.T.A.L.K.E.R

"Baş qərargah rəisi ƏMR VERİB MƏN DƏ ETMİŞƏM"- TƏRTƏR İŞİ

Link to comment
Share on other sites

  • 2 weeks later...
S.T.A.L.K.E.R
Link to comment
Share on other sites

  • 1 month later...
S.T.A.L.K.E.R

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub. mayis-berxudarov-2.jpg

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, general-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.

Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.

Xatırladaq ki, Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ savaşında Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.WhatsApp_Image_2024-10-06_at_14.53.55.jpeg

Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Mayis Bərxudarov uzun müddət korpus komandiri olub:

“Ordunun modernləşdirilməsi, Türkiyə sisteminə uyğunlaşdırılması məsələsi çərçivəsində aparılan yerdəyişmələr, kadr islahatı nəticəsində onunla bağlı bir qərar verilmiş ola bilər. Detallarını Müdafiə Nazirliyi açıqlasa, daha yaxşı olar. Ordunun yenidən bərpası, “Tərtər işi”, yeyinti və s. kimi səsləndirilən fikirlər real ola da bilər, olmaya da. Kifayət qədər tanınmış, barəsində yazılan, danışılan generaldır. Bunun üçün rəsmi məlumat verilməlidir. Sərəncama götürülüb və birbaşa vəzifə verilməyibsə, deməli, onunla bağlı ən yüksək səviyyədə qərar hələ verilməyib”.uzeyir-ceferov.jpg

Üzeyir Cəfərov

Hərbi ekspertin sözlərinə görə, Mayis Bərxudarovun adı tez-tez “Tərtər işi”ndə hallanır:

“Azərbaycan Silahlı Qüvvələrində yeyinti məsələsində onun adının çəkildiyinin şahidi olmamışam. 2025-ci ildə ordunun yenidən qurulması prosesi başa çatmalıdır. Milli Məclisdə də hərbi qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müzakirələr gedir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi altında keçirilən iclasda səsləndirilən fikirlər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilməsi də istisna deyil. Yəni ordunun yenidən təşkili istiqamətində əməli addımlar atılır”.https://qafqazinfo.az/news/detail/mais-berxudarov-komandan-vezifesinden-cixarildi-449442  https://globalinfo.az/mayis-berxudarov-niye-vezifeden-getdi-muhum-detallar/

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

Ermənilərin 2020-də “əsir götürdüyü” məşhur generalımız Mais Bərxudarov…

2-ci ordu korpusunun komandiri general-leytenant Mais Bərxudarov vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Quliyev Vilayət Bərxuda oğlu təyin olunub. Azərbaycan Ordusundakı bu kadr dəyişikliyi Mais Bərxudarovla bağlı maraqlı detalları yenidən gündəmə gətirib. Axar.az Globalinfo.az-a istinadla xatırladır ki, Mais Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında güləşlə məşğul olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1993-cü ildə cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırıb və hələ tez olduğunu bildirib. Daha ətraflı videonu izləyin.

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

"Abzas Media"nın direktoru Ülvi Həsənlinin həbsindən əvvəl üzərində işlədiyi araşdırma Səfərbərlik Xidmətinin rəis müavini Mayıl Şahverdiyevin özəl biznesinin olduğunu, vergi öhdəliklərini isə pozduğunu aşkarlayıb. Azərbaycanda hüquq mühafizə orqanlarının tez-tez baş çəkdiyi dövlət orqanlarından biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. İkinci Qarabağ Müharibəsindən bu günə qədər Səfərbərlik Xidmətində çalışan onlarla vəzifəli şəxs rüşvət almaqda ittiham olunaraq həbs edilib. Xidmət rəisi və digər vəzifəli şəxslər isə işdən çıxarılıb. Təkcə son 2 ildə Xidmətin 218 əməkdaşı müxtəlif növ məsuliyyətə cəlb olunub. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib. Ancaq qurumun başının üstünü almış qara buludların arasında ulduzu parıldayanlar da var. Onlardan biri də general-leytenant Mayıl Şahverdiyevdir.

 

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

"Azərbaycan höküməti Rusiyanın qorxusundan “Tərtər cinayəti”nin axırına qədər gedə bilməz!"

 

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

"Əməliyyata rəhbərlik edən Eldəniz Namazov olub, niyə qəhrəman kimi Mayis Bərxudarovu göstərdilər?!"

 

Link to comment
Share on other sites

Солоу
On 10/10/2024 at 10:33 AM, S.T.A.L.K.E.R said:

"Azərbaycan höküməti Rusiyanın qorxusundan “Tərtər cinayəti”nin axırına qədər gedə bilməz!"

 

С Сярдар Оруджоглу тоже всё ясно...

Link to comment
Share on other sites

PlayPlus

@Glock а вы говорили в другой теме, что Турция укрепилась в регионе и имеет большое влияние.

Link to comment
Share on other sites

Glock
11.10.2024 в 02:14, PlayPlus сказал:

@Glock а вы говорили в другой теме, что Турция укрепилась в регионе и имеет большое влияние.

Раскройте свои мысли или аргументы несогласия чтоб я ответил. Можно в другой теме (или даже открыть новую спец по этому вопросу), тут это не очень уместно.

Тертерское дело, в отличии от оппозиции, я не связываю с внешне политическими факторами..  по крайней мере, связь не прямая, не непосредственная. 

 

Link to comment
Share on other sites

Buritas
On 10/11/2024 at 2:57 PM, Glock said:

Тертерское дело, в отличии от оппозиции, я не связываю с внешне политическими факторами..  по крайней мере, связь не прямая, не непосредственная. 

А и нет связи. Это дело фактически ответственности одного человека. Попытка перекинуть свой провал на плечи рядовых исполнителей. И этого человека не тронут. Отлавливают "менеджмент" среднего звена.

  • Like 1
Link to comment
Share on other sites

Glock
11.10.2024 в 15:07, Buritas сказал:

А и нет связи. Это дело фактически ответственности одного человека. Попытка перекинуть свой провал на плечи рядовых исполнителей. И этого человека не тронут. Отлавливают "менеджмент" среднего звена.

Вы про Неджмеддин Садыхова или самого верховного главнокомандующего?)

 

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   23 Members, 18 Anonymous, 69 Guests (See full list)

    • +Birdman
    • +Leysan
    • +Hom0faber
    • +Светлый путь
    • +INCREDIBLE
    • +S.T.A.L.K.E.R
    • +Anis
    • Caldogno
    • +Пчела Майя
    • +Чомбе
    • +Джо Дассен
    • Arzu777
    • +BaltaEtibar
    • +Artist77
    • +Хамаль
    • +Stolz
    • +Konan-from Canada
    • +Аналитик
    • +Vagrant
    • +Эва
    • +Spirt
    • +swallow_bird
    • +rustam2006

×
×
  • Create New...

Important Information

Terms and Conditions