Jump to content
Baku365.com

Lənkəranın Günəhir kənd orta məktəbi builki tədris mövsümündə də təmir edilməyib


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

H9GlHPigz8JZ0w3mMwrimc1rmnCkKh1lM3PItPdzp5jk9C6OBGSLoCHoaRu3IoefRW357t2fdTR7wA=s640-rw-nd-v1Lənkəranın Günəhir kənd orta məktəbi builki tədris mövsümündə də təmir edilməyib. Məktəb binası qəzalı vəziyyətdədir, taxta döşəmə çürüyüb, divarlar nəmişlikdən qaralıb. Kənd sakinləri deyirlər ki, taxta döşəmədə yaranan iri deşikləri dəmir parçaları ilə qapatmağa çalışıblar, amma yenə də taxta çürüdüyündən deşiklər əmələ gəlir. Hətta şagirdlər bir az ehtiyatsız davransalar, ayaqları döşəmə arasında qala bilər. Kənd sakini Mahir Cəfərov Meydan TV-yə bildirib ki, sinif otağındakı divarlarda çatları, qaraları örtmək üçün kağız yapışdırılıb. Otaqlar yaxşı işıqlandırılmır: “Tədris mövsümü boyu demək olar ki, havalar soyuq olur. Pəncərə, qapı, döşəmə və tavan deşik-deşik olduğundan otaqları odun sobası ilə qızdırmaq mümkün olmur. Uşaqlar payızın ilk günlərindən sinifdə üst geyimi ilə otururlar”,- sakin deyib. Valideynlərin sözlərinə görə, Günəhirə ən yaxın qonşu kəndin məktəbi kilometrlərlə uzaqda yerləşir. Buna görə də uşaqları qəzalı məktəbə göndərmək məcburiyyətində qalırlar. “Kənd məktəbi elə görkəmdədir ki, Azərbaycanda ikinci belə bir məktəb olmadığına and içə bilərlər”, – valideynlərdən biri deyib. Günəhir Lənkəranın ucqar dağ kəndlərindən biridir. Kənd meşəlik ərazisində yerləşsə də, sakinlər evlərini qızdırmağa odun almaqda çətinlik çəkirlər. Cəfərovun sözlərinə görə, problemlər səbəbindən doğmalarını qoyub rayon mərkəzinə köçüb. Kənddə əksəriyyətin odun almağa gücü çatmır. Sakinlər deyiblər ki, kənddə yalnız bir məktəb var. Kənd bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, Günəhirin mindən çox sakini var. Məktəblilərin sayı isə yüzü keçib. Uzun illərdir təmir olunmayan məktəb binası qışda odunla qızdırılır. Hazırda məktəbdə tədris davam edir.

https://www.youtube.com/post/UgkxGguunOfKOkdTcrSMxiXn5aVe_BjalSmy  image.thumb.png.55f27d2449c1f1ca7fda69c144dd3b25.png

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   9 Members, 8 Anonymous, 39 Guests (See full list)

    • +Tipsgeek
    • +Marchember
    • +ZAUR75
    • +TruePick
    • +Nazul
    • +Kassiya
    • Ceka72
    • +Spirt
    • +Отче Ваш
×
×
  • Create New...

Important Information

Terms and Conditions