Jump to content
Baku365.com

31 Января день рождения М.Э.Расулзаде


Bushido

Recommended Posts

God_bless_you

M.Ə.RƏSULZADƏ-136.

BU YAZIM ƏSLİNDƏ KEÇƏN İL HABERTURK.COM SAYTINDA ÇAP OLUNMUŞDUR. RƏSULZADƏNİN İŞIĞINDA, ONUN QARŞIDAN GƏLƏN DOĞUM GÜNÜ MÜNASİBƏTİYLƏ YENİDƏN PAYLAŞIRAM. 136-CI DOĞUM GÜNÜN KUTLU OLSUN EY BÖYÜK İNSAN, İSTİQLAL MƏFKURƏMİZİN, CÜMHURİYYƏTİMİZİN BANİSİ!

“Fərd fenomen ola bilər, ziyalı olmaq fərqli bir şeydi!”

R.Behrudi

31 Yanvar Tariximizi əsarətdən qurtarıb ona İstiqlaliyyətini qazandıran,həm fərd həm də bir münəvvər,mütəfəkir Aydın olaraq fenomen şəxsiyyət olan M.Ə.Rəsulzadənin 135-ci doğum günüdür.

M.Ə.Rəsulzadənin faciə və işkəncələrlə dolu ailə dramı,Onun yılmayan Milli Məfkurə uğrunda mətin mübarizəsi,Azərbaycan,Qafqazın bu günü dünəniylə bağlı hələ az qala yüz il öncəsi olduqca obyektiv,uzaqgörən analiz və təsbitlərinə bu gün yeni gözlə baxmalı, onların sətir aralarını yenidən oxumalı və dərindən təhlil etməliyik.

Doğrusu mən gəncliyimdən bugünümədək demək olar ki M.Ə.Rəsulzadənin əsərlərini hər oxuduqda gəldiyim sonuc bubu olub ki bu böyük fikir Adamı,İdeoloq,sosyoloq,yazar,ədib bir sözlə unikal zəka özünü və fikirlərini bütləşdirəcək heç bir yer qoymayıb.Zatən təkcə “İnsanlara hürriyyət,millətlərə istiqlal” şüarı bunun üçün yetərlidir.

Tariximizdə Rəsulzadə qədər bütöv bir şəxsiyyətimiz yoxdur hardan baxsaq…

Onun şəxsi həyatı,ailə dramıı faciələrlə doludur. Necə deyərlər, dəryalar mürəkkəb, meşələr qələm olsa Rəsulzadələrin dərdləri yazılıb bitməz… Vur  tut 24 yaşındaykən güllənən oğlu Rəsul,bu dəhşətə dözməyib “oğlumu nahaq gülllədilər” deyib göz yaşı qurumayan 51 yaşında ürəyi partlayan ana Ümülbanu Xanım, Bakıdan gətirdiyi əncir qurusu qurtardıqdan sonra ümumiyyətlə heç nə yeməyib 1937-ci ildə Qazaxıstan sürgünündə dünyasını dəyişən yaşlı ana Maral xanım, uzaq Qazaxıstan soyuğuna və işgəncəli şəraitə dözə bilməyib 1944-cü ilin soyuq yanvar gecəsində qızı Evşənlə birlikdə həyata göz yuman qızı Lətifə,yeganə sağ qalan oğul Azərin məşəqqətlərlə dolu həyatını düşündükcə adamın qanı donur bu çəkilməz faciəvi ailə dramına.
Bütün bu dəhşətli çilələrə rəğmən Əmin Bəyin yorulmaz mübarizəsi,sınmayan əqidəsi bir sözlə Milli həyatı isə həsəd aparılmalı bir ömürdür…
Aşağıdakı təsbitlərə diqqət yetirəlim.Rus imperiyasının içini,dışını,şeytani politikasını bütün çılpaqlığıyla göstərən bu fikirlərə bu günün işığında belə baxanda adamı heyrət bürüyür.Coğrafiyamızın kaderini,bizi daxildən və xaricdən gözləyən təhlükələrin gerçək mahiyyətinə varmaq adına heç bir yerdə bu cür uzaqgörən analiz və təsbitə rastlamaq mümkün deyildir.
Bu baxımdan M.Ə.Rəsulzadənin tarixi-sosioloji,siyasi fikirləri mütləq instutlaşdırılmalıdır,çünki coğrafiyamızı yenə də təhdid edən 28 aprellər, “bəlkə də qaytardılar” bayatısı dillərində XI Qızıl Ordunu həsrətlə gözləyən “beşinci kolon”un sönmək bilməyən canfəşanlığı iş başındadır.

 
Işdə Yeni Kafkasya Yazıları (1923 – 1927) Kitabından M.Ə.Rəsulzadənin məqalələrindən bir neçə seçmələr.

“… Kafkasya’nın hürriyetini temin eden şey Rus saldatının kıyafesindeki yenilik olamaz. Rus saldatı, Kafkasya silsile-i cibalinin [sıradağlarının] ötesinde bulunmadıkça, kendisine ‘kızıl’ bile denilse, siyah kartal vazifesinden başka bir rol oynayamaz.”
“… İstiklalci Azerbaycan milliyetperverlerinin yolu bellidir. Onların Rusya’dan bekleyeceği bir şey yoktur. Kendi hudud-ı milliyesi dâhilinde kalan Rusya mesut olsun, fakat memleketimizi, hürriyetimizi, istiklâl ve milliyetimizi kirli çizmeleri altında çiğneyen Rusya’ya düşmanız! Kızıl da olsa düşmanız, Beyaz da olsa düşmanız! İşte istiklâliyetçi bir Kafkasyalının alacağı yegâne vaziyet!..”
“Çalınan istiklâlimizi iadede en güvendiğimiz nesil gençliktir…”
“İstiklâl ve hâkimiyet-i milliye haktır fakat bu hakkı kazanan kuvvet her şeyden evvel milletin kendisidir.”

M.Ə.Rəsulzadənin təkcə “İnsanlara hürriyyət,millətlərə istiqlal” şüarı Onun necə hüriyyətpərvər,sekulyar dünyagörüşə sahib birisi olduğunun əyani sübutudur.Hər dəfə bu şüara rastladığımda Sabirin “Kim ki,insanı sevər,-aşiqi-hürriyyət olur,Bəli hürriyyət olan yerdə də insanlıq olur ” misralarını xatırlayıram. Və Rəsulzadənin ilham qaynağına bəlkə də bu misralar səbəb olub düşüncəsini də içimdə gəzdirirəm biixtiyar olaraq,çünki hər ikisi eşanlamlıdır. Sabir bu görüşü öz sarkazmıyla məhəlləlirmişdirsə,Rəsulzadə bunu məfkurəvi olaraq sistemləşdirərək ümumbəşəri yapmağı ustaca bacara bildi ən gözəl biçimdə.

Əslində akademik,fundamental araşdırmalarının işığındakı M.Ə.Rəsulzadədən çox az adamın xəbəri var.Sosial şəbəkələrdə M.Ə.Rəsulzadənin şəkillərinin və məlum bəzi şüarlarını saqqız kimi çeynəməklə biz böyük İnsanın daşıdığı və yaratdığı Məfkurəyə əsla sahib ola bilmərik.Ayrıca M.Ə.Rəsulzadənin “Milli Təsanüd” yazısında da hürriyyət prinsipləriylə bağlı ilginc təsbitlər var.Dövlətin –vətəndaşın qarşlıqlı olaraq toplumsal, ictimai,siyasi,iqtisadi,hüquq bərabərliyini təmin edən bir quruluşun gözəl idealizəsi deyəlim.Fransa Kralı XIV Lüdoviqin parlamentar quruluşa qarşı diktator yanaşmasından və zehniyyətindən doğan “Dövlət mənəm” məşhur fikrinin sadə vətəndaşın haqlarını qoruyan,onun təminatçısına çevrilən fərdin Dövlət,Dövlətin fərd qarşısında ictimai-iqtsadi,sosial,siyasi bərabərliyinin təminatı olan “Dövlət mənəm”ə transformasiyası kimi.

Rəsulzadənin Alim-ziyalı tərəfi də olduqca yerindədir.Bir çox vaxt Onun akademik təhsili olmamasını irad tutanlara tutarlı və arqumental cavab Onun tarixi, elmi,siyasi,sosioloji,jurnalistik,publisistik yazı və məqalələri,kitabları miras buraxdığı zəngin əsərləri,irsidir .M.Ə.Rəsulzadə olduqca praqmatik bir siyasətçi içəriyi də daşıyıb,özü İranda Məşrutə hərəkatında iştirak edib,Orada “modern mətbuatın əsasını qoyub və İranın bütün ruhunu bilirdi,duyurdu.Orada mübarizə apardığ illərdə Güney Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsirsiz qalmır. Məhəmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. O, “İran-nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil “İran-nou”2-3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu. 1910-cu ilin yayında bağlansa da, payızda, oktyabrın 26-da artıq Demokrat partiyanın orqanı kimi fəaliyyətini bərpa etdi. Həmin qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə, M.Ə.Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə olmuşdur”.

Və heç vaxt real olaraq Bütöv Azərbaycandan ilke olaraq bəhs etməyib çünki bu ideyanın bazisini yaratmağı həmin dövrə sığdırmaq əsla mümkün deyildi ki,bunu ondan gözəl kimsə idrak edə bilməzdi.Bütün gücünü quzeydə demokratik bir Azərbaycanın inşasına yönəltmişdi ki bu da ən doğru olanı.Onun Turançı deyil Türkçü olması olduqca doğru bir duruş və tutum.Hələ evimizi qurtardıqmı ki,məhəlləmizi qurtaraq,məhəlləmizi qurtardıqmı ki,şəhərimizi sonra Yurdumuz qurtaraq?!

1988 ci ildə hərəkatın gizli yığıncaqlarının birində qızğın milli müzakirələr gedirmiş Qarabağla bağlı.Deyilənlərə görə sonralar 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının liderlərindən və mitinqlərə rəhbərlik edən birisi çıxış edir,o tay bu tay,uyqurlar nə bilim nələr nələrdən danışır.Bu zaman rəhmətlik Xudu Məmmədov əsəbi şəkildə yerindən qalxaraq adamın sözünü kəsir və vulkan kimi püskürür ki: A kişilər Qarabağda bir pəyəyə od düşüb onu söndürün də hələ sonra gedərsiniz uyqurların yanına, AltaylaraJ

Yəni “Türkçülük, siyasî bir fırka değildir; ilmî, felsefî, bediî bir mekteptir; başka bir tâbirle, harsî bir mücahede ve teceddüd yoludur.” (Ziya Gökalp) .Nur içində yatsınlar Xudu müəllimdə, Ziya Gökalpda.

“Turanlılarlıq,öz qövmümüzə əngəl kələfiz biz”,bu üzdən Rəsulzadə “Turançı” deyildi.

“Millet-Devlet kurmak azminde israr edən bir milliyetdir.” Hal-hazırda bunun ən gözəl nümunəsi vahid Almaniyadır bütün parametrləriylə,parçalanmalarına verdiyi ağllı mübarizələriylə,güclü iqtisadiyyatlarıyla,”Mersedes” və “BMV” ləriylə.Ə.Elçibəyin məşhur bir fikrindəki kimi: “Xalq bizik Millət almanlar.”

Rəsulzadəyə görə “miilət” kavramı heyrətamizdir,doğruluq payı baxımından.Bu gün türkçü,ümmətçi,bozqurdçu və s.kimi yalnız süni pafoslu sloqanların yerini ümümbəşəri dəyərləri özündə birləşdirən etnik ayrımı rədd edən modern insan topluluğunda var olub yaşamağı hədəfləmək ən doğrusu,hələ Rəsulzadə bunu o vaxt deyirdi arzulayırdı.

HAŞİYƏ. 1955-ci ildə Hindistana səfəri zamanı M.Ə.Rəsulzadənin vəfatı xəbərini alan S.H.Tağızadə də bu xəbərdən bərk sarsılmış və onun haqqında İranda “Suhən” (Söz) qəzetində “Hadisələrlə dolu bir həyatın sonu” adlı məqalə yazaraq Rəsulzadəni belə yad etmişdir: “O rəhmətliklə bu cənabın (yəni Tağızadənin) arasındakı dostluğun səmimiyyəti, saflığı o qədər fövqəladə idi ki, bu hadisəyə münasibət bildirərkən hislərimi cilovlamağa çalışsam, yenə də qorxuram mənim fikirlərim mübaliğəsiz qarşılanmasın. Rəsulzadə adlı-sanlı şəxsiyyətlərdən idi. Əgər desəm ki, mən bütün ömrüm boyu Şərq dünyasında onun bənzərini görməmişəm, bilin ki, bu fikrimdə heç bir mübaliğə etməmişəm. O, dünyada baş verən hadisələrdən xəbərdar, qələminin kəsəri olan bir şəxs idi. Onun imanının qüvvəti, bəyanının qüdrəti heyrətamiz idi. Mən onu tanıdığım üçün özümü xoşbəxt sanıram. Mənimlə onun arasındakı əlaqə bir dostluqdan daha yuxarıda dururdu. Mən onun əxlaqına, tərbiyəsinə məftun olmuşdum. Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir. O rəhbər üçün bütün səciyyələrə sahib kamil bir lider idi. O öz ardıcıllarını ruhlandırır, inamlı olmağa çağırırdı. Mən onun siyasi fəaliyyətinin bir hissəsinin İranda və İran üçün olduğuna görə çox razıyam. O ömrünün sonuna kimi İrana olan bağlılıq və sevgisini əldən vermədi. O mənim qədim vəfalı dostum idi. Bu cür dostun yoxluğundan qəlbimi necə kədər bürüdüyünü dillə deyə bilmərəm…”

P.S. Seyid Həsən Tağızadə.

Doğum tarixi: 1878
Doğum yeri: Təbriz, Cənubi Azərbaycan
Vəfatı: 21 yanvar 1970
Vəfat yeri: Tehran, İran
Seyid Həsən Tağızadə(1878-1970) – siyasi xadim, İranda Məşrutə inqilabının iştirakçısı, İranın ilk Məclisinin üzvü, İranın İngiltərə və Fransada səfiri, İran Senatının sədri, maarifçi.

 Möhtərəm S.H.Tağızadənin M.Ə.Rəsulzadə haqqında ən səmimi hissləriylə ifadə etdiyi: “. Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir ” fikirinə nə yazıq ki hələ də əməl edə bilməməkdəyik millət və toplum olaraq.Azərbaycandan böyük olan bu KİŞİNİN uca fikir və ideyalarını mənimsəmək əvəzinə şəkillərini paylaşırıq .
Türkiyədə də belədir daş atırsan ATATÜRK-çüyə dəyir, boyaboy şəkillər, rozetlər və s.
Amma iqtidarda seçicilərə “cənnət qəbzləri” paylayıb indidən səs yığan din yobaz və şarlatanları at oynadır.
Bizdəysə Bakının ən gözəl yerində nərimanovun heykəli göz çıxardır, RƏSULZADƏNİN doğulduğu evin önündəki barelyefi oğurlanır. Hamı şəkil paylaşır kaş ki hamı yığışıb sökülən barelyefin yerinə RƏSULZADƏNİN heykəlini diksə.
Biz Ona ürəyimizdə heykəl qoymuşuq nağılı da səmimi deyil.Biz onu ürəyimizdə dəfn edəcəyik belə getsə demək daha doğrusu…

Əhməd Bəy Ağaoğlunun Zərdabinin dəfnində: “Ey Ulu Ruh! Sən ki gedirsən o dünyaya yapışarsan babaların yaxasından ki…” fəryadını M.Ə.RƏSULZADƏ eyni hiddət və şiddətlə biz nəvələrin yaxasından yapışıb mütləq soracaq!”
Barelyef məsələsinə gəlincə hamı RƏSULZADƏ sevgisindən ağızdolusu danışır,alimi, ziyalısı, memarı, heykəltəraşı, rəssamı və s.
Olmazmı ki RƏSULZADƏNİN adına, şanına layiq bir barelyefi yazıb assınlar doğulduğu evin önündən. Bu işdə barmağı olan hökumət rəsmiləri, qəsdən lağlağı, sataşma məqsədiylə yapanlarda utanıb yerin dibinə keçsin. Kim nə deyir desin bu kasıtlı yapılan bir hərəkıtdir. Yenə nəbz yoxlayırlar naqi(s)f həmzəyev məsələsində olduğu kimi.

Bizim borcumuz xalqımıza İstiqlal və Hürriyət bəxş etmiş M.Ə.Rəsulzadə və Onun Dava Arkadaşlarının uca fikirlərinə sahib çıxmaqdır. İşdə o zaman bu böyük Cümhuriyyətçi nəslin hamısı öz məzarlarında rahatlıq tapaqcaq.

Əmanətiniz bizdədir-ona sahiblənmək ən Uca Andımız olmalı hər şeyə rəğmən!

…Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal

Onun məfkurəsiydi, HAK, MUSAVAT, İSTİQLAL!

Sar köksünə, Ankara yurdumun ziynətini,

Günü gəlincə istər səndən əmanətini,

Şükranını sunarkən bir gün hörmətlə sana

O kəmiklər gedəcək, gedəcək o Vatanına!

Saxla qoynunda onu, vermə yabana, yelə

Bir hədiyyən olacaq yurdumdakı heykələ.

Məhəmməd Əmin Rəsulzadənin son mənzilə

yola salanınan zaman mühacir şairimiz

Kərim Yaycılı məzarı başında oxuduğu şeiri.

Doğum Günün kutlu olsun!

İşıklar içində yat, Ey Böyük İnsan!

Məhəmməd İSRAFİLOĞLU

  • Like 3
Link to comment
Share on other sites

Editor
1 minute ago, Bushido said:

Amma men yazdiglarimi deqiq arashdirmisham. 🙂

Siz yazdiglariniz hemishe dogrudur...

Link to comment
Share on other sites

Editor

734854CC-F223-4086-9426-A1B171B06289.jpeg

  • Like 3
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

Kolleksiyamda maraqlı bir sənəd var. "Azerbaycan Teavün-i mütekabele cemiyeti nizamnamesi". Yəni Azərbaycanlıların qarşılıqlı yardımlaşma cəmiyyətinin nizamnaməsi. Üstündə hər hansı bir möhür və imza olmadığına görə bunun sadəcə qaralama olduğunu ehtimal edirəm. Yazıları oxuyanda 1923-29 arası qələmə alındığı bilinir. 11 bənddən ibarətdir. Lap axıra isə əlavə ediblər ki qurucular səlahiyyəti Məhəmmədəmin Rəsulzadəyə verirlər. Qeyd (paylaşılan fotonun sadəcə yarısıdır) (С)

 

20 kb dan boyuk sekiller yuklenmir niye🤨

  • Like 1
Link to comment
Share on other sites

Bushido
4 минуты назад, Glock сказал:

Например... ??

 

Неправильно когда говорят о АДР, то почти только о Расулзаде.
Это очень несправедливо в отношении других, которые день и ночь трудились в государственном строительстве, под огромным давлением и в трудных условиях.
Фетели Хан Хойский шехид, его дашнакская пуля убила. О нем почти ничего не слышно.

  • Like 3
Link to comment
Share on other sites

God_bless_you

Bakının ən qəddar qradonaçalniki olan polkovnik Martınov 1915-ci ilin mayında M.Ə.Rusulzadənin həbsi barədə qərar çıxarmış, onun Qafqazdan sürgün edilməsi barədə vəsatət qaldırmışdı... Lakin Qafqaz canişinliyindən buna icazə verilməmişdi...

 

offf komek edin niye sekiller yuklenmir smal size da secirem 20kb maksimum deyir. Cox maragli sekiller var paylasmag isteyirem. 

Link to comment
Share on other sites

God_bless_you

TÜRKİYƏYƏ GEDƏ BİLƏRƏMMİ?

Abbasqulunun işi ilə əlaqədar görüşdüyüm əsnada Stalin:
- Necə yaşayır, nə düşünür, nə edirsiniz? - deyə hal-əhval tutdu.
- Xırda-mırda işlərlə, gündəlik həyat zərurətlərilə məşğulam, - dedim.
- Həyat deyilən şey əslində elə xırda-mırda işlərdən ibarətdir, hər halda bir perspektiviniz vardır, - dedi.
- Moskvada qaldıqca bir perspektivim yoxdur, - dedim.
- Bəlkə Türkiyəyə gedəsiniz? - dedi.
- Hm. - deyə bir az düşündüm, sonra, - bəli, - dedim. - Artıq Türkiyə ilə tam anlaşmış vəziyyətdəsiniz...
Bəlkə də mənim oraya getməyimə bir maneə
yoxdur. İcazə versəniz bundan məmnuniyyətlə istifadə edərəm, nə deyirsiniz?.. -deyə cavab verdim.
- Stalin dərhal qalxdı. Bığlarını buraraq otağın içində o tərəf - bu tərəfə gedərək...
- Bu qərardan vaz keçin, - dedi.
- Qərar deyilən bir şey yoxdur, bu fikri indicə mənə əslində siz təlqin etdiniz, - dedim.
- Yox, təlqin etməmiş olum, - dedi.
Məsələ aydınlaşdı. Moskva yolunda ikən müəyyən ideoloji nümayəndələri olan müxalifətə qarşı Sovet hökumətinin mərhəmət göstərdiyindən hətta Ukrayna şeflərindən
Verniçenkoya xaricə getmək üçün izhar etdiyi arzunu təmin edərək rəsmən icazə verilmiş olduğundan danışan Stalinin artıq bunu bir daha təcrübədən olduğundan danışan Stalinin artıq bunu bir daha təcrübədən keçirmək niyyətində olmadığı məlum oldu (bolşeviklərin Ukrayna haqqındakı tədbirlərini təqdir edən Verniçenkonun xaricə çıxdıqdan sonra fikrini dəyişdirərək
sovet dövlət adamlarına qarşı müxalif bir şəkildə danışmasından bəhs edən Stalin təcrübədən keçmiş bir işi ehtimal ki, bir daha təcrübə etmək niyyətində deyildi).

Məmməd Əmin Rəsulzadə “ BİR TÜRK MİLLİYƏTÇİSİNİN STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ.”

  • Like 1
Link to comment
Share on other sites

Bushido

Я вчера написал, что они отцы основатели и я лично до конца моей жизни им благодарен за их труд.

Но это не означает, что нельзя их критиковать за их отдельные действия, подвергать сомнению итд.

Иначе получится как с Ататюрком в Турции или Лениным в СССР. Это в корне противоречит демократическим и либеральным взглядам Расулзаде.

Хёрмят этмек айры, Идол этмек айры.

  • Like 4
Link to comment
Share on other sites

God_bless_you

BAKIDA " OSOBI OTDEL HƏBSXANASINDA." 

Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmişdi. Yeməklər bir qəzet kağızına bükülmüşdü. Bu kağız bir neçə gün əvvəl intişar edən türkcə “Kommunist” qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti nə cür bir ciddi cəhdlə oxuyacağını, Şübhəsiz, təxmin edərsiniz. Qəzetə dərhal bir göz gəzdirdim. Azərbaycan Sovet hökumətinin sədri dr. Nəriman Nərimanovun imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini əslinə yaxın bir şəkildə burada nəql edirəm: “Məmməd Əmin Rəsulzadəni vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar vermiĢdir. Burada isə həyatı əmniyyət altındadır, əhalinin bu xüsusda əmin olmasını və həyəcana düşməməsini tövsiyə edirik”. Bu xəbər mətbəxə gələn yeni “müsafir”lərin anlatdıqlarını təsdiq mahiyyətində idi. Əski Zərgərin əldə etmək istədiyi “hüsni-hal vəsiqəsi” də bununla bağlı olacaqdı. Sonralar öyrəndiyimə görə bu günlərdə İran məşrutə hərəkatında mənimlə bərabər çalışdığım Heydər xan Əmioğlunun da böyük bir əlaqəsi olmuşdur. Heydər xan İranın ən yaxın tarixində mühüm rol oynamış qafqazlılardan biridir. O, İran məşrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan) deyə məşhurdur. Vaxtilə Tehranda Qacarlardan Məhəmməd Əli Şahın baş naziri məşhur irticaçı Əminüddövləni öldürən fədai Abbas ağaya bombanı verən o idi; bunun kimi Təbrizdə yenə məşrutiyyət mücadilələri əsnasında Şah tərəfdarı, məşhur irticaçı Şücaüddövləni poçt ilə göndərdiyi bir “cəhənnəm makinası” ilə partladan da odur. Bir terrorist və bir inqilabçı olaraq onun mücahidlər üzərində dərin bir nüfuz və təsiri vardı. O zaman İran inqilab hərəkatlarında Şah tərəfdarı əski rejimlərə qarşı mücadilədə yerli tərəqqipərvər və məşrutiyyətçilərə yardım üçün gələn qafqazlı ünsürlərlə yaxından əlaqəsi olan bu Heydər xan indi Bakıda olur və başındakı bir qrup mücahidlərlə İran hərəkatlarına iştirakla əlaqədar bəzi kombinasiyalar düşünürmüş. Mənim tutularaq Bakıya gətirildiyimi xəbər alınca, İrandakı məşrutiyyət hərəkatı zamanı yaranmış dostluq naminə həmən hərəkətə keçmiş, başda dr. Nəriman olmaq üzrə Sovet Azərbaycanının bütün nüfuzlu şəxslərinə baş vuraraq, “Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!” demişdi. 

Məmməd Əmin Rəsulzadə “ BİR TÜRK MİLLİYƏTÇİSİNİN STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ.”

Foto: Dilgam Ahmad Collection .

Edited by God_bless_you
  • Like 1
Link to comment
Share on other sites

Arximed

Mənə maraqlı gələn bilirsiz nədir? 

İqtidar danışmır - bu aydındır. Bəs özünü Müsavatın davamçıları, cumhuriyyətçilər adlandıranlar niyə Rəsulzadə haqda doğru düzgün danışmır?

  • Like 1
Link to comment
Share on other sites

Bushido
4 минуты назад, God_bless_you сказал:

Bakının ən qəddar qradonaçalniki olan polkovnik Martınov 1915-ci ilin mayında M.Ə.Rusulzadənin həbsi barədə qərar çıxarmış, onun Qafqazdan sürgün edilməsi barədə vəsatət qaldırmışdı... Lakin Qafqaz canişinliyindən buna icazə verilməmişdi...

 

Вот хороший вопрос, почему градоначальник захотел его арестовать, а наместник не захотел? ))

Link to comment
Share on other sites

God_bless_you

BİR CÜT AYAQQABININ VERDİYİ ZÖVQ.

Moskvaya payızda gəlmişdik. Qış üçün yaxşı da tədarüklü deyildik. Hələ mənim ayaqlarım demək olar yalın idi. Yayda Azərbaycan dağlarında daşıdığım “çust” deyilən incə bir ayaqqabı daşıyırdım. Günlər keçir, havalar soyuyurdu. Moskvanın sərt qış günləri yaxınlaşırdı. “Hərbi kommunizmin” şiddətli günlərində ayağa bir ayaqqabı tapmaq imkansızdı. Bir ayaqqabı üçün müraciət, xahiş etmək isə heç ağlıma belə gəlməzdi. Bu kimi əskikliyə dözəcək, düşdüyümüz şəraitdə görülməsi mümkün olacaq işlərlə məşğul olacaqdıq. “Rumyansev muzeyi” deyilən Moskvanın əski mədəni müəssisəsi yaşadığımız evin yerləşdiyi məhəllədə idi. Burada müəzzəm bir kitabxana vardı. Oraya getməyə qərar verdim. Azərbaycan tarixi və müxtəlif mövzular üzərində araşdırmalar aparırdım. Yarıac, yarıçılpaq bir vəziyyətdə hər şeyi unutmuş, kitablara dalmışdım. Qış qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay çustu ilə günügündən kitabxanaya getmək çətinləşirdi. Bu çətinliyi əvvəl yanımda olan qalın yun corabı geyməklə qarşıladım; sonra madam Berzanovskinin borc kimi verdiyi keçədən “valenka” dedikləri çəkmə işimə yaradı. Fəqət havalar bir az ilıqlaşıb, qarlar əriməyə başlayınca valenka artıq geyilməz oldu. O zaman təkrar Azərbaycandan gətirdiyim çust ilə qalın yun coraba qayıtdım. Fəqət hər gün tədqiqat işindən dönüncə bu corabı gözəlcə sıxıb, ocaq başında qurutmaq lazım gəlirdi. Nəyin bahasına olursa-olsun bir ayaqqabı tədarük etmək artıq zəruri olmuşdu. Üstümüzdə qalmış bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı fəhlələrdən bir hissəsinin Rusiyadakı fəhlələrə dağıtmaq üçün bir gəmi ayaqqabı gəldiyi xəbəri nəşr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə Məhəmməd Əli ilə birlikdə bazara getdik, üstümüzdəki qızıl istənilən qiymətin əsasını təşkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsl dəyər təşkil edən şeyləri də buna əlavə etməli idik; bu dəyərli əşyadan bir neçə iynə, bir az tikiş sapı və bir qədər də duz vermək lazımmış, bu “əmtəələr” o dövrün qızıldan da qiymətli valyuta malları idi. Şükür olsun ki, bu “valyuta” mallarından bir qədər var idi; verdik, nəhayət, ayaqqabıları aldıq. Böyük bir sevinc içində evə dönürdük. Mən öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eşitdim: - Bura bax, bu yürüş ancaq bayram hədiyyəsi alan uşaqlarda olur!

Məmməd Əmin Rəsulzadə “ BİR TÜRK MİLLİYƏTÇİSİNİN STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ.”

P.S. M.Ə.Rəsulzadənin daha bir həzin " ayaqqabı" olayı olmuşdur ki, bunu da qələmindən, sözündən nur axan dəyərli Mayis Alizade Emin Bəyin ən yaxın dava Arkadaşı Əlirza Turandan duymuşdur. Mayis Bəyin anlatdıqlarından:

" Əlirza Əmi danışırdı ki, Türkiyəyə gedəcəyini öyrənəndən sonra Emin bəyin evinə getdim. Ona ayaqqabı alacaqdım. Xanımı yatdığını dedi - mən tez əlimdəki dərzi metrəsiylə ayaqqabısını ölçdüm və xəbəri olmadan ayaqqabısını “təzələdim”.

  • Like 2
Link to comment
Share on other sites

God_bless_you
Just now, Bushido said:

 

Вот хороший вопрос, почему градоначальник захотел его арестовать, а наместник не захотел? ))

Hemin emrin senedin sekli de var mende  amma yuklenmir. Basa dusmurem hardan tapag 20 kb lig sekili. 
bu materiallari oxumusam ve sizlerle paylasmag ustedim. Butun suallara cavabi bilmirem. Sadece fikirlerinizi oxumag mene de maragli olar. 

  • Like 1
Link to comment
Share on other sites

God_bless_you

ƏCAİB İNSANDIR RƏSULZADƏ.

Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə:
- Braydonun təklifini qəbul etməmisiniz. Şərqi tədqiq cəmiyyətinə niyə
getmək istəmədiniz? - dedi.
- O, elmi deyil, siyasi bir cəmiyyətdir. Üzvlərinin kommunist çoxluğuna
sahib olması şərtdir, - dedim.
- Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə
yönəlmiş bir maddədir.
Birinci çay stəkanını boşaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir
təklif etdi: Kamenevin idarəsində Rusiya inqilab hərəkatını tədqiq edən bir
cəmiyyət vardır. Tədqiqlərini nəşr etmək üçün bu cəmiyyət bir jurnal da çıxarır.
Siz bu jurnalın redaksiyasına girsəniz, şəxsən Sizin üçün də yaxşı olar.
Sovetlərdəki türk elləri bölməsini öhdənizə götürər, redaksiya adından müxtəlif
yerlərə tədqiqat səfərlərinə çıxarsınız. Bu surətlə dolayısilə müsavatçı fikirlərinizi
yayar və yerlərdə özəklər də təsis edərsiniz, - dedi. Üzünə mənalı-mənalı baxdım,
içimdən Azərbaycan xalq şivəsilə aldada bilməzsən mənasına gələn “Keçəl suya
getməz!” təbirini təkrarlayaraq Stalinə “yeni iltifatı” üçün təşəkkürlə dedim ki:
- Mən özünə sadiq bir adamam. Nə özümü, nə də başqalarını aldatmaq
istəyirəm. Zahirdə məsləki, xasiyyəti müəyyən olan bir redaksiyaya daxil olub,
batində başqa bir məqsəd güdmək əlimizdən gəlməz.
Stalin bu cavabdan sonra Orconikidzeyə döndü:
- Əcaib insandır bu Rəsulzadə. İdealizm ona mane olur. Aciz-aciz oturub
durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir, - dedi.

Məmməd Əmin Rəsulzadə “ BİR TÜRK MİLLİYƏTÇİSİNİN STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ.”

  • Like 2
Link to comment
Share on other sites

Victor Howardsson

1922de Stalin hele 1937ci ilin Stalini deyildi, onun elleri bizim ganimiza bulasmamisdi ve Resulzadeye  yaxsiligi deymisdir -budur mektubun sebebi.

Edited by Victor Howardsson
  • Like 3
Link to comment
Share on other sites

Bushido
Только что, God_bless_you сказал:

Hemin emrin senedin sekli de var mende  amma yuklenmir. Basa dusmurem hardan tapag 20 kb lig sekili. 
bu materiallari oxumusam ve sizlerle paylasmag ustedim. Butun suallara cavabi bilmirem. Sadece fikirlerinizi oxumag mene de maragli olar. 

 

Мне кажется в определенное время российские власти хотели его использовать для своего влияния на Иран и Турцию.
Поэтому с Мусаватом в те годы не боролись, наоборот создавали все условия для развития партии. В царской России после 1913 ни один мусаватист не был репрессирован. Сама партия тесно сотрудничала с российскими кадетами, либеральными монархистами.

  • Like 3
Link to comment
Share on other sites

God_bless_you
2 minutes ago, Victor Howardsson said:

1922de Stalin hele 1937ci ilin Stalini deyildi, onun elleri bizim ganimiza bulasmamisdi.

Mikoyan gor bagor kimiler ilan kimi zeherleri ile oz emellerini heyata kecirdiler. 

  • Like 1
Link to comment
Share on other sites

God_bless_you

Bu gün - 100 il əvvəl
   Həmin gün Bakıda yüksək bayran əhvalı-ruhiyyəsi hökm sürürdü...
    Nə baş vermişdi ?    
 
    1920-ci il yanvar ayının 10-da Böyük Britaniyanın təşəbbüsü ilə çağırılan Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Qafqazdakı vəziyyət geniş müzakirə edildi. Qızıl Ordu, Denikin qoşunları və həmin dövr bolşeviklərlə müttəfiq olan Mustafa Kamalın hərbi birləşmələrinin  3 tərəfdən Cənubi Qafqaz respublikalarına təcavüz edəcəyi ehtimalı qarşısında bu gənc dövlətlərə siyasi, iqtisadi-hərbi yardım etmək üçün onların müstəqilliyinin tanınması qərara alındı. Bu zaman Azərbaycan və Gürcüstan dövlətlərinin həmin yardım üçün Antanta dövlətlərinə müraciət etməsi əsas götürüldü. Azərbaycan və Gürcüstan dövlətləri Müttəfiq və Birlik ölkələri tərəfindən de-fakto tanındı. Yanvarın 15-də Fransa Xarici İşlər Nazirliyində həmin qərar Əlimərdanbəy Topçubaşova təqdim olundu. Yanvarın  17-də bu qərar həmçinin İtaliya Xarici İşlər Nazirliyində o zaman İtaliyada olan Azərbaycan hərbi missiyasının başçısı İbrahim ağa Usubova da təqdim edildi. Elə həmin gün Parisdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə hərbi ekspertlərin müşavirəsi keçirildi, yanvarın 19-da isə Ali Şuranın iclasında Avropanın aparıcı  dövlət başçıları – Lloyd Corc, Klemanso, Nitti, Kerzon, Çerçill və digər tanınmış dövlət xadimlərinin və Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirakı ilə müşavirəsi oldu və bu mötəbər toplantıda Əlimərdanbəy Azərbaycanla bağlı verilən bütün sualları cavablandırdı.  
    Azərbaycanın müstəqilliyinin tanınması xəbərini Bakıya, Azərbaycan hökumətinə  ilk olaraq İngiltərənin Qafqaz üzrə baş Komissarı Oliver Uordrop yanvarın 12-də  bildirmişdi. Əslində Azərbaycan və Gürcüstan Nümayəndə Heyətlərinin Paris Sülh konfransında iştirakının təmin edilməsində O.Uordropun böyük xidməti olmuşdu və təsadüfi deyil ki, bu gün Tbilisidə  ona “Minnətdar Gürcüstan”  adından heykəl qoyulub...
  Elə həmin  gün, yanvarın 12-də Əlimərdan bəy Topçubaşovun  Baş nazir Nəsib bəy Usubbəyova göndərdiyi təcili teleqram Bakıya yetişmişdi. Yanvarın 14-də  Əlimərdan bəy  Məhəmməd Əmin Rəsulzadəyə də teleqram vuraraq bu böyük hadisə münasibəti ilə onu təbrik etmişdı.  Həmin günlər Bakıda “Musavat” partiyasının 2-ci qurultayı keçirilirdi və Əlimərdan bəy bu qurultayın iştirakçılarına təbrik teleramı göndərmişdi. Topçubaşovun arxivində bütün bu teleqramların Əlimərdan bəyin öz xətti ilə yazdığı mətnləri saxlanılır və Azərbaycan xalqının bu iki görkəmli siyasi xadimi üçün həmin günün nə qədər əlamətdar olduğu  çox aydın nəzərə çarpır: “Müstəqil Azərbaycanı  görmək məqsədi  xalqımızın bütün partiyalarını, bütün elementlərini birləşdirməlidir və o zaman  siz orada, biz burada birgə səylərimizlə böyük uğurlara nail olarıq…Qoy bu əlamətdar hadisə öz gənc respublikamısın inkişafına xidmət etmək kimi müqəddəs işdə bizim hamımız üçün həyati qüvvə mənbəyi olsun…”
    Həmin günlər Parisə, Əlimərdan bəyin ünvanına, istər Bakıdan, istərsə xaricdəki siyasi xadimlərdən onlarla təbrik  teleqramları gəlirdi. Baş nazir Nəsib bəy Yusifbəyli bu münasibətlə Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini təbrik etməklə yanaşı “çoxdan gözlənilən uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamış əməyinə görə” Əlimərdan bəyə şəxsən öz təşəkkürünü bildirirdi. General İbrahim Usubovun İtaliyadan Əlimərdan bəyə ünvanlandığı  teleqramda isə deyilirdi: “Tarixi hadisə baş verdi və Azərbaycanın siyasi həyatında yeni era yarandı…Ölkə onun həyatındakı bu nəhəng nailiyyətin iştirakçısı kimi Sizə borcludur…”  
    Təbiidir ki, Bakıda da Azərbaycan müstəqilliyinin tanınması xəbəri böyük əks-səda doğurdu, Azərbaycan hökuməti dərhal bu münasibətlə Bakıda, Gəncədə və bölgələrdə təntənəli bayram mərasimləri keçirilməsi məqsədilə xüsusi tədbirlər planı müəyyənləşdirdi. 1920-ci il yanvarın 14-ü bütün Azərbaycanda  əmək haqqı saxlanılmaqla qeyri-iş günü élan edildi.  Həmin gün bayram təntənələri saat 11-də Təzəpir məscidində dualar oxunmaqla başlandı. Hökumət başçısı və nazirlərin, Parlament üzvləri, dini xadimlərin və geniş xalq kütlələrinin iştirak etdiyi bu tədbirdə Şeyxülislam bayram xütbəsini oxuduqdan sonra “Camaat, bu gün şərəfli və böyük gündür. İslamın əziz günüdür. Bayramdır!” deyə öz təbriklərini bildirdi.  Bayram tədbirləri saat 12-də Parlamentin təntənəli iclası ilə davam etdi. Xarici İşlər naziri Fətəli Xan Xoyski öz qısa nitqndə bunları vurğuladı: “1918-ci il may ayının 28-də Azərbaycan xalqı öz istiqlalını bəyan etdi. Lakin bunu élan etmək az idi. Bütün dünyaya sübut etmək lazım idi ki, biz müstəqil həyata layiqik. Və ötən il yarımda Azərbaycan xalqı Avropaya sübut etdi ki, o, müstəqil yaşaya bilər, müstəqil idarə edə bilər. Azərbaycan xalqının həyat qabiliyyətinə inanan Avropa bizim müstəqilliyimizi tanımağı lazım bildi. Birinci Azərbaycan hökuməti təşkil olunduğu vaxt onun başında mən dururdum. Indi isə bizim respublikamızın müstəqilliyinin tanınması haqqında xəbəri sizə çatdırmağı özüm üçün böyük xoşbəxtlik hesab edirəm”. Parlament iclasında Həsən bəy Ağayev, M.Ə.Rəsulzadə, A.Səfikürdski, S.Ağamalıoğlu, Azərbaycanda yaşayan digər xalqların, həmçinin Gürcüstan, Ermənistan, Norveç, Qafqazda Alman Mərkəzinin  nümayəndələri və d. şəxslər təbrik nitqləri söylədilər. (Parisdəki Azərbaycan nümayəndələri M.Ə.Rəsulzadənin parlamentin bu tarixi iclasındakı parlaq nitqinin tam mətnini fransız dilində İnformasiya bülletenində dərc etmişdilər). İclasa sədrlik edən Həsən bəy Ağayev öz nitqində bu hadisənin bütün Türk dünyası üçün əlamətdar olduğunu vurğuladı. Həqiqətən, Azərbaycan Respublikası müstəqilliyi Avropa dövlətləri tərəfindən tanınan ilk türk və müsəlman ölkəsi idi. Parlamentin bu tarixi iclasının sonunda ədliyyə naziri Xəlil bəy Xasməmmədov Azərbaycanın müstəqilliyinin tanınması münasibətilə amnistiya élan etmək haqqında hökumətin qərarını oxudu.
    Daha sonra dənizkənarı bulvarda “Hürriyyət” (indiki Azadlıq) meydanından başlayaraq Milli Ordunun rəsmi paradı keçirildi.  Paraddan sonra  Xarici İşlər Nazirliyinin binasında təntənəli qəbul mərasimi başladı. Hökumət və Parlament üzvləri, Azərbaycandakı bütün xarici nümayəndəliklərin başçıları və üzvləri, xarici qonaqlar, nüfuzlu ziyalıların iştirak etdiyi bu qəbulda da Azərbaycanın həyatında baş vermiş bu tarixi hadisə ilə bağlı təbrik nitqləri söylənildi.
  Həmin gün Bakıda yüksək bayran əhvalı-ruhiyyəsi hökm sürürdü.  Bütün şəhər Azərbaycanın 3 rəngli bayraqları və xalçalarla bəzədilmiş, bayraqlar dalğalanan  avtomobillər  küçələrdən şütüyür, ətrafı  bürüyən milli musiqi sədaları altında aktyorlar milli–tarixi geyimlərdə Azərbaycan tarixindən səhnələr göstərirdi. Şəhərətrafı qatarlar xalq bayramında iştirak edən insanları gün ərzində pulsuz daşımış, axşam və gecə  isə bütün paytaxt Bakı tam çıraqban edilmişdi. Bu hadisə  insanlar arasında elə bir ruh yüksəkliyi qaldırmışdı ki, onlar Təzəpir  məscidindən çıxan Nəsib bəy Yusifbəylini Parlament binasına çiyinlərində aparmışdı. Parlamentin qarşısında yığılan  və Məhəmməd Əmin Rəsulzadəni  tələb edən insanlar da onu görərkən əlləri üstə Parlament binasının eyvanına çıxarmışdı. Küçədə yığışan izdiham qarşısında atəşin nitq söyləyən Məhəmməd Əmin Rəsulzadə özünün məşhur  “Bir kərə yüksələn bayraq  bir daha enməz”  şüarını təkrar edərək  “öz istiqlalını dünyaya  qəbul etdirmiş” Azərbaycan xalqını təbrik etmişdi.
    Eyni bayram təntənələri Bakı ilə yanaşı Gəncədə də keçirilmiş, Gəncə valisi Xudadat bəy Rəfibəyli, görkəmli ziyalılar Firidun bəy Köçərli, Vəli Xuluflu, Ağalar bəy Səfikürdski, Cavad Axundzadə və b. şəhər ictimaiyyəti qarşısında cıxış edərək təbrik nitqləri söyləmişlər.
     Həmin tarixi günləri yaşayan Azərbaycan xalqının və onun liderlərinin  əhval-ruhiyyəsi, keçirilən mərasimlərdə söylənilən nitqlər Azərbaycan Xalq Cümhuriyyətinin sənədlərində, dövrün mətbuatında və bir neçə foto-şəkillərdə  öz əksini tapib. Bakıdakı mərasimləri əks etdirən 4 foto-şəkil  XİN-nin müavini Məmməd xan Təkinskinin imzası ilə təsdiq olunan məktubla birgə Fransaya,   Azərbaycan hökumətinin və diplomatiyasının bu böyük  qələbəsini Parisdə qeyd edən nümayəndə heyətinə göndərilib. Bu şəkillərdə Təsə-Pir Məscidindəki mitinq, Azərbaycan Parlamenti qarşısındakı qələbəlik, Dənizkənarı bulvardakı parad və Azərbaycan Parlamentində xarici işlər naziri Fətəli xan Xoyskinin Azərbaycanın müstəqilliyinin tanınması barədə aktı oxuduğu anlar öz əksini tapıb...
    Azərbaycan Dövlətçiliyi tarixində bu mühüm hadisə münasibətilə bu Dövlətin qədrini bilən, Vətənsevər soydaşlarımızı təbrik edirəm. 
     Dövlətçiliyimiz var olsun! 
     Bu Dövləti yaradan, “Azərbaycan istiqlalını dünyaya  qəbul etdirən” Böyük Kişilərin ruhu şad olsun!  
     Biz unutmamışıq !
 

(C) Solmaz Rustəmova Togidi -Rəsulzadənin nəvəsi. 

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you
Just now, Victor Howardsson said:

 

Bu filmi Oil& Gas sergisinde iki il once BP oz stendinde kinoteatr kimi hazirlayarag yayimlamisdi. Men de hevesnen oturub seyretmisdim. Sehv etmiremse sponsor BP ve ortak sirketleridi. 

  • Like 1
Link to comment
Share on other sites

Bushido

@Editor 

 

Об этом наши не любят говорить, в 1919 году Мустафа Кемаль обратился за помошью к АДР.
Типа помогите чем можете, даже простыми заявлениями.
Наши из-за Британии отказали ему в поддержке.
Из-за Британии первый красный флаг с полумесяцем и восьмиконечной звездой поменяли на нынешний, британцы так захотели.

И наконец, когда Расулзаде во время войны вел переговоры с Берлином А.Гитлер не захотел иметь с ним дело предполагая что Расулзаде под влиянием Британии и ведет двойную игру, отправил его обратно в Бухарест. Берлин поставил на Дудангинского как будушего лидера Азербайджана в составе Рейха.

  • Like 1
Link to comment
Share on other sites

God_bless_you

Məhəmmədəmin Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti: keyfiyyət-i təşəkkülü və şimdiki vəziyyəti" adlı əsərinin orijinalını aşağıdaki linkdən endirə bilərsiniz:

http://anl.az/el/arxiv/ark2018/03/N-64.pdf
 

  • Like 1
Link to comment
Share on other sites

God_bless_you
6 minutes ago, Bushido said:

@Editor 

 

Об этом наши не любят говорить, в 1919 году Мустафа Кемаль обратился за помошью к АДР.
Типа помогите чем можете, даже простыми заявлениями.
Наши из-за Британии отказали ему в поддержке.
Из-за Британии первый красный флаг с полумесяцем и восьмиконечной звездой поменяли на нынешний, британцы так захотели.

И наконец, когда Расулзаде во время войны вел переговоры с Берлином А.Гитлер не захотел иметь с ним дело предполагая что Расулзаде под влиянием Британии и ведет двойную игру, отправил его обратно в Бухарест. Берлин поставил на Дудангинского как будушего лидера Азербайджана в составе Рейха.

Maragli fakt:

 

... "Судьба М.Э. Расулзаде фактически была предрешена, поскольку не только московские «товарищи», но и «вожди» азербайджанских коммунистов настаивали на его казни. Лишь вмешательство И.В. Сталина, который в начале ноября 1920 года находился с инспекционной поездкой в Баку, спасло М.Э. Расулзаде жизнь. По указанию И.В. Сталина М.Э. Расулзаде был освобожден и отправлен в Москву, где 29 ноября 1920 года его зачислили в штат Народного комиссариата по делам национальностей РСФСР. Можно лишь догадываться, какими соображениями руководствовался И.В. Сталин, содействуя освобождению М.Э. Расулзаде. Однако вызывает большие сомнения то, что им двигало исключительно только чувство долга перед М.Э. Расулзаде, который несколько раз спасал И.В. Сталина от неминуемой гибели. Скорее всего, решающее значение для И.В. Сталина имела не их прошлая личная дружба, а желание воспользоваться услугами М.Э. Расулзаде в своих политических интересах. 

Поэтому неудивительно, что в течение примерно полутора лет нахождения М.Э. Расулзаде в Москве И.В. Сталин неоднократно пытался склонить его к сотрудничеству в той или иной форме с советской властью, предлагая ему различные должности". 

Aydın Balayevin kitabından

  • Like 4
Link to comment
Share on other sites

Bushido
1 минуту назад, Victor Howardsson сказал:

 

 

Вот это на самом деле гёп.
Ничего такого Ататюрк не написал, давно бы показали оригинал.
Ататюрк и Расулзаде не переваривали друг друга.
Ататюрк в 1928 году его выгнал из Турции, а в 1936 году запретил публиковать его книги и статьи в Турции.
Этот запрет действовал до конца мировой войны.
После войны Турция пошла на сближение с Западом и по просьбе США вернули Расулзаде в Турцию.
9 лет после смерти Ататюрка.

  • Like 1
Link to comment
Share on other sites

God_bless_you

Yanvar M.Ə.Rəsulzadənin ayıdır.Bu ayda doğuluş Azərbaycan Tarixini əsarətdən qurtarıb istiqlaliyyətinə qovuşduracaq gözəl bir səadətlə aydınlanıb M.Ə.Rəsulzadənin verdiyi mücadilə,ömür yolu sayəsində.ONUN gözəl əxlaqının,getdiyi Yola dönməz iradəsinə Stalin başda olmaqla digər düşmənləri belə heyranlıq duyub.İşdə M.Ə.RƏSULZADƏ şəxsiyyəti qarşısında aciz,proletar şairin keçirdiyi hisslər...
Bu xatirə Sovet rejimini mədh edən şairin Rəsulzadə böyüklüyü qarşısında acizliyinin etirafıdır. M.Ə. Rəsulzadənin istiqlaliyyət işığı,enerjisi nə qədər böyük olub ki onu şerlərində söyən şairlər bu əzəmətin qarşısında dözməyərək ürəklərində özlərini söyürdülər.Məncə S.Rüstəmin göz yaşlarının sirri,səbəbi budur.

"Azərbaycanın proletar şairi Süleyman Rüstəmin M.Ə.Rəsulzadənin məzarı başında göz yaşları...

Respublikamızdan Ankaraya bir qrup ziyalı gəlmişdi. Süleyman Rüstəm də onların arasında idi. Mən onu uşaqlıqdan tanıyırdım. Elə birinci axşam bizim evin qonağı oldu və məndən xahiş etdi ki, onu Məhəmməd Əmin Rəsulzadənin məzarı üstünə aparım. Əlbəttə, mən imtina etməyə çalışdım, dedim, onun məzarının yerini bilmirəm. Qayıtdı ki:
- Fikrin nədir, istəyirsən, Bakıya qayıdanda məni doğma Novxanı kəndimə buraxmasınlar (M.Ə.Rəsulzadə də əslən həmin kənddəndir - A.Ş.)?
“Davranış” qaydasını pozmalı oldum, onu “Əsri” qəbiristanlığına apardım. Uzun müddət yaşarmış gözünü silə-silə lal-dinməz başdaşının yanında oturdu. Xeyli sonra öyrəndim ki, onlar bir-birilərini yaxşı tanıyırlarmış.
1969-cu ilin payızında Bakıya qayıdandan sonra Süleyman Rüstəmə dedim:
- Bəs söz vermişdiniz ki, bu barədə heç kimə...
Mənim əziz şairim həmişəki kimi siqaretini tüstülədərək cavab verdi:
- Mən sözümə əməl etdim, Bakıda heç kimə heç nə demədim. Təkcə Novxanıda... yerlilərimə danışdım."

Azad ŞƏRİF, “Zerkalo” qəzeti, 2003, 24 may.
Tərcümə edən: Nəsir Əhmədli

  • Like 1
Link to comment
Share on other sites

Bushido
1 минуту назад, God_bless_you сказал:

Maragli fakt:

 

... "Судьба М.Э. Расулзаде фактически была предрешена, поскольку не только московские «товарищи», но и «вожди» азербайджанских коммунистов настаивали на его казни. Лишь вмешательство И.В. Сталина, который в начале ноября 1920 года находился с инспекционной поездкой в Баку, спасло М.Э. Расулзаде жизнь. По указанию И.В. Сталина М.Э. Расулзаде был освобожден и отправлен в Москву, где 29 ноября 1920 года его зачислили в штат Народного комиссариата по делам национальностей РСФСР. Можно лишь догадываться, какими соображениями руководствовался И.В. Сталин, содействуя освобождению М.Э. Расулзаде. Однако вызывает большие сомнения то, что им двигало исключительно только чувство долга перед М.Э. Расулзаде, который несколько раз спасал И.В. Сталина от неминуемой гибели. Скорее всего, решающее значение для И.В. Сталина имела не их прошлая личная дружба, а желание воспользоваться услугами М.Э. Расулзаде в своих политических интересах. 

Поэтому неудивительно, что в течение примерно полутора лет нахождения М.Э. Расулзаде в Москве И.В. Сталин неоднократно пытался склонить его к сотрудничеству в той или иной форме с советской властью, предлагая ему различные должности". 

Aydın Balayevin kitabından

 

Совершенно верно, если бы Расулзаде вступил в партию и стал соратником Сталина, он бы сделал хорошую карьеру в Москве.
После побега Сталин заказал книгу с обрушительной критикой Расулзаде. Дружба в 1922 году закончилась.

  • Like 1
  • Sad 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   12 Members, 15 Anonymous, 65 Guests (See full list)

    • +Absheron
    • +Vagrant
    • +Shoxrux
    • +lex-mix
    • +Kassiya
    • +Рюзаки
    • +Ринчин Падма
    • +Чомбе
    • +Agriae
    • +Brat
    • +Bordertown
    • +Veronik

×
×
  • Create New...

Important Information

Terms and Conditions