Jump to content
Baku365.com

31 Января день рождения М.Э.Расулзаде


Bushido

Recommended Posts

God_bless_you

"И если ранее азербайджанские и другие историки писали, что Расулзаде дал тогда согласие возглавить в Берлине первый Азербайджанский национальный комитет, то архивные материалы, обнаруженные в последние годы, доказывают, что он такого согласия не давал и упомянутый комитет не возглавлял" Рамиз Абуталыбов (скоро в zerkalo.az)

  • Like 2
Link to comment
Share on other sites

Bushido
Только что, Victor Howardsson сказал:

 

 

@Glock 

Altay Göyüshov yazib, maraqlidir.

  • Like 2
Link to comment
Share on other sites

God_bless_you
1 hour ago, Arximed said:

Sayənizdə yeni şeylər öyrəndim. Nəsiman Yaqublunun kitabına görə Rəsulzadə Pilsudskinin qohumu Vanda ilə evlənibmiş. Kitabda məktubun Azərbaycan dilində tərcüməsini tapdım, demək olar ki mənim tərcüməmlə eynidir.

http://anl.az/el/Kitab/2015/2007-2000.pdf

vanda-resulzade-bulent-da..-020620181301
WWW.GERCEKEDEBIYAT.COM

Ankara'da Polonyalı Azeri Gelini Vanda Resulzade /.. - gercekedebiyat.com

 

  • Like 1
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

God_bless_you

Original kart vizitlerinin sekli bir neferin muzeyinde movcuddur. 

6B4488AE-D282-46EA-8522-BE8409FBF71A.jpeg

  • Like 2
  • I don't like it 1
Link to comment
Share on other sites

Arximed
20 minutes ago, Victor Howardsson said:

 

100 ildə demək olar ki heç nə dəyişməyib. Ermənilərin Qarabağ iddiaları və ölkəni Rusiyanın içində görmək istəyənlər.

Maraqlı odur ki, filmi maliyyələşdirən H.Əliyev fondudur - nə əcəbsə.

  • Like 3
Link to comment
Share on other sites

God_bless_you
22 minutes ago, Bushido said:

@Editor 

 

Об этом наши не любят говорить, в 1919 году Мустафа Кемаль обратился за помошью к АДР.
Типа помогите чем можете, даже простыми заявлениями.
Наши из-за Британии отказали ему в поддержке.
Из-за Британии первый красный флаг с полумесяцем и восьмиконечной звездой поменяли на нынешний, британцы так захотели.

И наконец, когда Расулзаде во время войны вел переговоры с Берлином А.Гитлер не захотел иметь с ним дело предполагая что Расулзаде под влиянием Британии и ведет двойную игру, отправил его обратно в Бухарест. Берлин поставил на Дудангинского как будушего лидера Азербайджана в составе Рейха.

"Kamal Atatürkün vəfatı münasibəti ilə"- M.Ə.Rəsulzadə Atatürk haqqında

Azərbaycan Cümhuriyyətinin qurucularından biri, görkəmli fikir adamı, siyasi xadim və publisist Məmməd Əmin Rəsulzadənin doğumunun 130 illiyinin qeyd olunduğu bu günlərdə onun indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalan diqqətəlayiq siyasi publisistika nümunələrindən birini “525-ci qəzet”in oxucularına təqdim etmək istəyirəm.
Polşada siyasi mühacir kimi yaşadığı illərdə Məmməd Əmin bu ölkədə çıxan mühacir nəşrlərində, eləcə də polyak mətbuatında Azərbaycan, rus və polyak dillərində aktual mövzulu, kəskin problemlərə toxunan polemika ruhlu onlarla məqalə dərc etdirmişdi. Həmin yazıların bir qismi ilk dəfə Polşa arxivlərindən və mətbuatından bu sətirlərin müəllifi tərəfindən toplanaraq “Azərbaycan siyasi mühacirətinin irsindən” (rus dilində, Varşava, 2010-cu il) kitabında elmi ictimaiyyətə təqdim olunmuşdu.

Rus dilində çap olunan “Kamal Atatürkün vəfatı münasibəti ilə” məqaləsi adından da göründüyü kimi, Türkiyə milli-azadlıq hərəkatının lideri, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün vəfatı günlərdə – 1938-ci ilin noyabrında qələmə alınmış və Qafqaz Dağlıları Xalq Partiyasının Varşavada çıxan mətbu orqanının – “Şimali Kafkasya – Severnıy Kavkaz” məcmuəsinin son saylarından birində dərc edilmişdi.  Bu jurnalda azərbaycanlı mühacirlərin məqalələri bir qayda olaraq iki dildə – Azərbaycan və rus dillərində verilirdi. Çox güman ki, yazının çapından az sonra jurnalın nəşrini dayandırması onun orijinalının (Məmməd Əmin mühacirət dövründəki bəzi məqalələrini rus dilində yazdığından bu variant da istisna edilməməlidir) yaxud tərcüməsinin işıq üzü görməsinə imkan verməmişdi.

Azərbaycan siyasi mühacirətinin lideri yalnız Türkiyənin deyil, bütün türk dünyasının üzləşdiyi böyük itkiyə laqeyd qala bilməmişdi. Atatürkün xatirəsinə sonuncu ehtiramı göstərməyi, onun çağdaş Türkiyə üçün gördüyü cahanşümul işləri bir daha xatırlamağı və xatırlatmağı özünə borc saymışdı. Yazı həm də beyni sovet ideologiyası ilə zəhərlənməmiş, fikirlərini açıq və sərbəst ifadə etmək imkanına malik olan Azərbaycan vətənpərvərinin həqiqi və səmimi duyğularının ifadəsi idi. Başqa sözlə desək, Məmməd Əmin tək özünün, yaxud siyasi mühacirlərin adından deyil, Vətəninin adından danışırdı.

Obıvatel nöqteyi-nəzərindən M.Ə.Rəsulzadənin Atatürk haqqında bu qədər isti sözlər deməsi, onun yeni Türkiyə tarixindəki yerini və rolunu son dərəcə yüksək qiymətləndirməsi, hətta şəxsiyyəti və dövlətçilik fəaliyyəti qarşısında müəyyən pərəstiş hissini gizlətməməsi qəribə görünə bilər. Çünki Atatürk Məmməd Əminə sıcaq münasibəti ilə seçilməmişdi. Əslində, “uman yerdən küsərlər” prinsipi ilə hər şeylərini – uğrunda savaş açdıqları istiqlalı, Vətəni, ailələrini, mübarizə dostlarının çoxunu itirmiş azərbaycanlı mühacirlərin yeni Türkiyə liderindən inciməyə müəyyən əsasları vardı...

Çünki 1933-cü ildə, Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibəti ilə Ankaraya gələn sovet marşalları S.M.Budyonnı və K.E.Voroşilov Stalininin bu ölkədən aparılan antisovet təbliğatının qarşılıqlı əlaqələrə zərbə vurması haqqında mesajını Atatürkə çatdırdıqdan sonra Məmməd Əmin Rəsulzadə başda olmaqla azərbaycanlı siyasi mühacirlərin əksəriyyəti Türkiyədən çıxarılmış, Avropa ölkələrinə, ilk növbədə  Polşaya sığınmaq məcburiyyəti qarşısında qalmışdılar. Azərbaycanla birlikdə özlərinə tarixi Vətən saydıqları Türkiyəni itirmək onlar üçün asan olmamışdı.

Lakin Məmməd Əmin Atatürkü bəlkə də daxilən məmnun qalmadığı belə bir addım atmağa vadar edən səbəblərdən xəbərsiz deyildi. Digər tərəfdən, o, şəxsi incikliklərinin, yaxud kiçik intiqamlarının əsirinə çevrilsəydi, heç zaman Azərbaycanın siyasi tarixində indi qazanmış olduğu yüksəkliyə ucala bilməzdi. Məmməd Əmin sovet əsarəti altına düşmüş türk xalqlarının nümunə götürəcəyi model, arxalanacağı güc mərkəzi kimi Atatürkün qurduğu yeni, çağdaş, dünyəvi Türkiyənin əhəmiyyətini yaxşı anlayırdı. Ona görə də şəxsi taleyində yaşadığı ağrı-acıları bir tərəfə buraxaraq yeni Türkiyənin və onun qurucusunun atəşin tərəfdarı və tərənnümçüsü kimi çıxış edirdi.

Atatürkün qısa müddətdə həyata keçirdiyi olduqca mühüm islahatlar içərisində Məmməd Əminin diqqətini ən çox cəlb edən türk liderin öz ölkəsində qanunçuluğun və demokratiyanın əsaslarını qoyması idi. Məhz həmin inqilabi dəyişikliklərin nəticəsində Qazinin ölümü ölkədə heç bir daxili çəkişmə və hakimiyyət didişməsi yaratmamışdı. Hər şey Ana Yasanın – Konstitusiyanın tələbləri əsasında sivil qaydada həyata keçirilmişdi.

Məmməd Əmin Türkiyəyə Atatürkün vəfatından təxminən on il sonra qayıtmışdı. 1950-ci ildə ölkə həyatında bərqərar olan həqiqi çoxpartiyalılığı, Azərbaycan Cümhuriyyətinin seçdiyi idarəçilik üsulunun – parlamentarizmin Türkiyədə qələbəsini görmüşdü. Münasibətlərin necə dəyişdiyinin, əski bütlərin necə qırıldığının şahidi  olmuşdu. Amma heç zaman Atatürkü və Atatürk irsini təftişçiliyə qalxmamış, onun ölümünün isti izi ilə yazdığı sözlərə, fikirlərə həyatının sonuna qədər sadiq qalmışdı. 

Budapeşt, 15 yanvar 2014.

Məmməd Əmin Rəsulzadə

Kamal Atatürkün vəfatı heç kimi laqeyd buraxmadı. Bəşəri miqyaslı bir hadisəyə çevrildi. Böyük insanın cənazəsi önündə təkcə göz yaşlarını saxlaya bilməyən türk xalqı sayğı duruşuna dayanmamışdı. Demək olar ki, dünyanın bütün mədəni xalqları bu kədərə şərik çıxmışdılar. 

Türk xalqı əbədiyyətə qovuşan böyük övladına, Türkiyənin xilaskarına, Türkiyə Cümhuriyyətinin qurucusuna özünün son borcunu yalnız Türkiyə üçün deyil, Qərbi Avropa üçün də səciyyəvi olmayan bir şəkildə verdi.

17 milyonluq xalq təsəvvürə gətirilməsi çətin görünən səmimiyyətlə, bir nəfər kimi milli qəhrəmanının ölümünə ürəyin dərinliklərindən gələn  acı göz yaşları axıdırdı. Çünki xalqın son mənzilə yol saldığı həmin məğlubedilməz qəhrəman tənəzzülün dəhşətli illərində tək qəhrəmanlar üçün deyil, bütöv Türkiyə üçün ağlayan türk insanının göz yaşlarını silmişdi.

İyirmi il bundan əvvəl o zamanlar hələ Mustafa Kamal kimi tanınan Kamal Atatürk  Versaldakı dünya ağalarının iradəsinə qarşı çıxmağa özündə cəsarət tapmışdı. Bu elə bir zaman idi ki, türk xalqı bir zamanlar möhtəşəmliyi ilə hər kəsi heyrətə gətirən, amma məlum Sevr müqaviləsinin ağır şərtləri altında şərəfsiz duruma salınan Osmanlı imperatorluğunun xarabalıqları altında can çəkişməkdə idi.

Bu elə bir zaman idi ki, türk vətənpərvərlərinin böyük əksəriyyəti sadəlövh şəkildə “dünyanın vicdanını” necə oyatmaq, diplomatik yollarla keçmiş Osmanlı imperatorluğunun tarixən sırf türklərə məxsus torpaqlarının heç olmazsa, bir hissəsinin toxunulmazlığını qorumaq, İstanbul ziyalılarının fikirlərinə o qədər də əhəmiyyət vermədən Türkiyə üzərində Britaniya, yaxud Amerika himayəsi təmin etmək barəsində düşünürdülər. Məhz belə bir zamanda Kamal Paşa aydın və qəti  şüarla meydana çıxdı:

“Milli iradəyə əsaslanan, hüquqları məhdudlaşdırılmayan, müstəqilliyi qeyd-şərtsiz qəbul edilən Türkiyə qurulmalıdır”.

Qısa zamanda xalqın milli-azadlıq mücadiləsinə çevrilən məlum Anadolu hərəkatı başlandı. Hər kəsə bəlli olduğu kimi həmin müharibə Antantadan “Kamalın üsyankar quldurlarını sakitləşdirmək üçün” mandat almış işğalçı yunan ordusuna qarşı aparılırdı.

“Üsyankar generalın” şüarı isə “Ölüm, yaxud milli müstəqillik !” idi.

Anadolu kəndlisinin taleyinə yazılan ağlagəlməz yoxsulluq, səfalət və dilənçilik şəraitində üç ildən (əslində Türkiyə 12 ildən çox müharibə alovu içində qarsalanmışdı; Birinci Dünya savaşından əvvəl Balkanlarda hərbi əməliyyatlar aparmağa məcbur olmuş, sonra isə özünün Afrikadakı ərazilərini qorumaq üçün İtaliya ilə üz-üzə gəlmişdi) çox davam edən mübarizə sonda türklərin parlaq qələbəsi ilə başa çatdı. Versaldakı dünya ağalarının hərtərəfli dəstək verdikləri işğalçı yunan ordusu Qərbi Anadolu çöllərində darmadağın edildi. Birinci Dünya müharibəsi zamanı Dardanel boğazından keçib Rusiyanın köməyinə can atan ingilis-fransız desantını öz cəsur strategiyası ilə diz çökdürərək sularda qərq edən Kamalın sərkərdə şöhrətinə “Qazi”, yəni məğlubedilməz adı da əlavə olundu.

Siyasi baxımdan yenidən dirilmiş Türkiyənin yunan cəza ordusunun məhv edilməsi nəticəsində qazandığı hərbi zəfər tezliklə öz beynəlxalq təsdiqini tapdı. Yeni Türkiyə ilə Antanta dövlətləri arasında tarixə Lozanna sazişi adı ilə daxil olan sülh müqaviləsi imzalandı.

Lakin Kamal və onun rəhbərlik etdiyi milli hərəkat özlüyündə böyük olan bu tarixi qələbə ilə kifayətlənmək istəmirdi. Nəticədə xarabazarlığa çevrilmiş yoxsul Anadolu Antantanı öz qərarına yenidən baxmağa məcbur etdi. Az qala bütün dünyanın taleyi ilə istədiyi kimi qəti və iddialı bir şəkildə davranan Antantanı...

Təkcə Türkiyənin yeni sərhədlərini müəyyən etmək hələ yetərli deyildi. Növbədə daha çətin, eyni zamanda daha ciddi və şərəfli vəzifə dayanırdı: geridə qalmış ölkəni müasir sivilizasiyanın şərtlərinə cavab verəcək səviyyəyə qaldırmaq lazım idi. Yalnız belə olduğu təqdirdə müstəqillik uğrunda  mübarizənin çoxsaylı qurbanlarına tarix qarşısında haqq qazandırmaq imkanı yarana bilərdi. Yalnız belə bir Türkiyə mübarizələr bahasına əldə etdiyi müstəqilliyi tam  qoruyub saxlaya bilərdi.

Yeni, milli Türkiyə köhnəliyin onu əli-qolu vəziyyətdə  saxladığı orta əsrlər bataqlığından çıxmaq üçün bütün qüvvələrini səfərbər etməli idi.

Beləliklə, zəfər çalmış milli inqilabın nəhəng fəaliyyəti başlandı. Türkiyə Cümhuriyyəti elan edildi. Mustafa Kamal ölkənin ilk prezidenti seçildi və ömrünün sonuna qədər həmin vəzifədə qaldı.

Bir müddət bundan öncə Türkiyə Cümhuriyyət qurulmasının 15 illiyini qeyd etdi. Tarixən qısa olan bu dövrün yubiley günlərində yekun vurulan hadisələri Avropa xalqlarının tarixində  az qala bütöv əsrləri əhatə etmişdi.

Kamal Atatürkün inqilabı sayəsində yalnız Osmanlı sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə bağlı qurumların da varlığına son qoyuldu. Bütün həyat tərzi ilə başdan-başa teokratik bir dövlət olan Türkiyə tam dünyəvi dövlətə çevrildi. Pozitivist  mövqedə dayanan Türkiyə Cümhuriyyəti insan zəkasının və fikrinin orta əsrlər sxolastikasından, daşlaşmış dini ehkamların buxovundan həmişəlik azad etdi.

Bəşər övladının həyatı mahiyyətini bir kimsənin bilmədiyi alın yazısı – “qismətlə” idarə olunmur.  Fərdlərin və xalqların taleyinə hökm edən insan ağlı və iradəsidir. Bu mənada Türkiyənin bütün köhnə təsisatları əsaslı dəyişikliyə məruz qalmışdır. Din hər bir vətəndaşın şəxsi işi elan olunmuşdur. Hüquq sistemi və ədliyyə şəriətin müdaxiləsindən tam təmizlənmişdir. Yeni qanunlar yaradılarkən əsas kimi İsveçrə hüquq kodeksi götürülmüşdür. Türkiyədə qadınların hüquqları sadəcə kişilərlə bərabərləşdirilməmişdir. Təcrübədə onlar daha öncül mövqelərə çıxarılmışdır. İndi türk qadını həyatın və cəmiyyətin bütün sahələrində məsul vəzifələr tutmaqdadır.

Mədəniyyət sahəsində əsl möcüzələr baş vermişdir.

Yaxın Şərqin işıqlı zəkalarının əsrlər boyu qəlblərində yaşatdıqları arzu – ərəb əlifbasının islahı Kamalın zamanında həyata keçirilmişdir. İndi Türkiyə latın əlifbasından istifadə edir. Bir vaxtlar demək olar ki, başdan-başa savadsız kəndlilərdən ibarət Türkiyə əhalisinin böyük əksəriyyəti indi oxuyub-yazmağı bacarır. Milli mədəniyyətə və tarixə yeni istiqamət verilmişdir. Gənclərə elm, incəsənət və texnika sahəsində dünyanın mədəni xalqları ilə ayaqlaşmaq yönündə nəcib hisslər aşılanmışdır.

İqtisadiyyat sahəsində nəhəng addımlar atılmışdır.

Atatürkün gəlişinə qədər yolsuz-izsiz vəziyyətdə olan Türkiyə indi başdan-başa dəmiryolları ilə əhatə edilmişdir. Bataqlıqlar qurudulmuş, kanallar qazılmışdır. Ticarət donanması yaradılmışdır. Sənaye inkişaf etdirilmişdir. Fabrik və zavodların bütöv bir şəbəkəsi qurulmuşdur. Əvvəllər demək olar ki, heç bir sənaye gücünə malik olmayan Türkiyə indi özü kağız, şəkər və digər zəruri tələbat mallarının istehsalçısıdır. Hələ mən ağır sənaye müəssisələri, manufaktura kombinatları haqqında danışmıram. Bütün xarici konsessiyalar dövlət tərəfindən satın alınmışdır. Banklar, kooperativlər, kənd təsərrüfatı kredit cəmiyyətləri açılmışdır. Əməyin və kənd təsərrüfatının qorunması istiqamətində qanunlar hazırlanıb qəbul edilmişdir.

Müasir Türkiyə texniki cəhətdən yaxşı təchiz edilmiş, Avropa tipli təlim görmüş, qismən motorlaşdırılmış və yeni silahlarla silahlanmış orduya malikdir. Türk hərbi donanması bərpa edilmiş, aviasiya yaradılmışdır. Hərbi sənaye istehsalı nizama salınmışdır.

Müharibədən əvvəlki Osmanlı imperiyası ilə müqayisədə əhalisinin sayca xeyli azalmasına baxmayaraq müasir Türkiyə beynəlxalq siyasətdə müqayisəyə gəlməyəcək dərəcədə ciddi çəkiyə malikdir. İlk növbədə Mustafa Kamal müharibədən sonrakı Avropanın ən diqqətəlayiq dövlət xadimlərindən biri kimi özünün böyük şəxsi nüfuzu ilə yeni Türkiyənin mənəvi gücünü əhəmiyyətli dərəcədə yüksəltmişdir. Digər tərəfdən, ölkə daxilində islahatçılıq siyasətinə geniş yer verən Cümhuriyyət Türkiyəsi Kamal Atatürkün yürütdüyü ardıcıl sülhsevər siyasət nəticəsində həm  Balkan bölgəsinin liderinə çevrilmiş, həm də öz sıralarında Yaxın Şərqin “Səədabad paktı” adlı əməkdaşlıq anlaşmasını imzalamış dörd müsəlman dövlətini birləşdirən şərq blokunun memarı kimi çıxış etmişdir.

Bir tərəfdən Avropada daim Balkan dövlətləri ilə, o biri tərəfdən isə Şərqdə İranla  münaqişə vəziyyətində olan köhnə Osmanlı imperatorluğunun yerində biz indi  bütün Yaxın Şərqdə möhkəm sülhün və siyasi sabitliyin başlıca  təminatçısı rolunda çıxış edən yeni Türkiyəni görürük.

Yeni Türkiyəyə göstərilən beynəlxalq etimad və inam özünü onun Qərbi Avropanın mühüm iqtisadi mərkəzləri ilə əməkdaşlığında daha aydın şəkildə büruzə verir. Ağır sənaye sahəsindəki beşillik planına Britaniya kapitalının yaxından cəlb etməklə ilə bir sırada Türkiyə bu yaxın zamanlarda İngiltərə və Almaniyadan da böyük maliyyə kreditləri almışdır.

Kamal Türkiyəsinin uğurla həyata keçirilən xarici siyasəti Qərbi Avropa ölkələri ilə faydalı iqtisadi əməkdaşlığa şərait yaratmaqla bir sırada Lozannada açıq buraxılmış bir sıra siyasi problemləri də ağrısız həll etməyə imkanı vermişdir. Onların sırasına  “boğazlar üzərində nəzarət” (Montre) və Aleksandretta sancağı (Xatay əyaləti) ilə bağlı məsələlər daxildir.

Kamal haqqında danışarkən yeni Türkiyənin Sovetlər siyasəti deyilən məsələnin üzərindən sükutla keçmək imkan xaricindədir. Bir çox kənar müşahidəçilərdə belə təəssürat yarana bilər ki, Türkiyə Cümhuriyyəti ilə Sovetlər arasındakı dostluq münasibətləri prinsipial ideoloji əsasa  söykənir. Lakin belə mülahizə yürüdənlərin fikirləri Türkiyədə cərəyan edən   hadisələrin diqqətli təhlili zamanı heç bir tənqidə dözmür. Kamalizmin əsas mahiyyətini həqiqi milliyyətçilik təşkil edir. Bu nəyin bahasına olursa olsun vətənini dünyanın müasir mədəni millətləri səviyyəsinə yüksəltməyə çalışan Anadolu vətənpərvərinin milliyyətçiliyidir. Qarşıya qoyulan məqsədə çatmaq üçün ölkənin demoqrafik cəhətdən gücləndirilməsi də daxil olmaqla ictimai həyatın bir sıra sahələrində nəhəng addımların atılması tələb edilirdi. Kamal son savaşlar nəticəsində əhalisi seyrəlmiş, daha da yoxsullaşmış və geridə qalmış Anadolunun bütün müsəlman və türk dünyasının yükünü öz üzərinə götürməsi ideyasını mümkünsüz sayırdı. Bu məqsədlə də o, düşünülmüş şəkildə panislamizm siyasətindən imtina etmişdi. Belə bir addım öz növbəsində ona hər şeydən öncə Sovetlərlə siyasi əlaqələr yaratmaq imkanı vermişdi. Sovetlər isə məlum olduğu kimi, Anadolunun Avropa imperializmi ilə mübarizəsinin başlanğıcında maraq və mənafeləri türk milli hərəkatı ilə üst-üstə düşən yeganə siyasi qüvvə, yeganə dövlət idi.

Lakin buna baxmayaraq, Türkiyə heç  zaman yerli kommunistlərlə mübarizəni dayandırmaq, habelə yorulmaq bilmədən “dost” Ankaranı bolşevikləşdirmək üçün cəhdlər göstərən Moskva İnternasionalının agentlərini təqib etmək niyyətindən əl çəkməmişdir. Ankaranın Moskva ilə siyasi eşqbazlığı lap başlanğıc mərhələdə, hələ Qafqazda bolşevizmin yayılmasının Avropa imperializmi ilə mübarizədə Türkiyənin mövqelərini möhkəmləndirəcəyi fikri zehinlərə hakim kəsildiyi bir vaxtda Ankara-Moskva münasibətləri başda məlum Mustafa Sübhi olmaqla türk kommunistlərinin üzləşdikləri faciəli aqibət nəticəsində yasa döndü. Mustafa Sübhi öz qərargahı ilə Moskvadan Türkiyəyə qayıtdığı zaman Trabzon limanında sulara qərq edildi. Lakin bu qətiyyətli addım da kommunizmin kamalçılığa qarşı gizli mübarizəsinin dayandırılmasına gətirib çıxarmadı. Öz növbəsində Kamal da heç zaman bolşevizmi təqibdən  əl çəkmədi.

Hər şeydən şübhələnən Moskvanın Türkiyə hökumətinin yürütdüyü siyasi xəttə hücumları da ara vermir. Kremldə Ankaranın “Avropaya istiqamət götürməsinə” həmişə bir qorxu hissi ilə baxırlar. Türkiyənin təqib etdiyi bu siyasət isə son zamanlar türk-ingilis yaxınlaşması nəticəsində özünü daha aydın şəkildə büruzə vermişdir. Az müddət bundan əvvəl İstanbulun  “Sabah” qəzeti Moskvada nəşr olunan “Jurnal de Mosku” məcmuəsinin imperialist dairələrin Anadoluya nüfuz etmələri və bu yolla “Türkiyənin müstəqilliyini təhlükə altına almaları” haqqındakı həyəcan dolu xəbərdarlığına kəskin  cavab verməli olmuşdu. “İnsanları milli xüsusiyyətlərə görə fərqləndirmək istəməyən, Vətənə məhəbbət hissindən məhrum olan kosmopolitlərin bizə, türk milliyyətçilərinə milli qürur hissi aşılamaq fikrinə düşmələri yolverilməzdir ”- deyə qəzet yazırdı. Həmin məqalədə daha sonra deyilirdi: “Görünür, Moskvadakı dostlarımızı Almaniya və Britaniyadan aldığımız son kreditlər narahat edir. Axı bu məsələdə bizim Sovet İttifaqı ilə də əməkdaşlığımız olub. Burada hansı təhlükə haqqında söhbət gedə bilər? Biz hələ faşistlərin Türkiyədəki fəaliyyəti barəsində heç bir şey eşitməmişik. Kommunistlərin ölkəmizdə həyata keçirdikləri təxribatçılıq əməlləri barəsində isə çox tez-tez yerli qəzetlərin məhkəmə-cinayət bölməsində müxtəlif xəbərlər oxuyuruq”. Sonda isə qəzet sovetlərə “Türkiyənin daxili işlərinə qarışmamağı” məsləhət görür. Türk müəllifinin dili ilə məqalədə deyildiyi kimi, “biz hətta özlərini dost kimi qələmə verdikləri təqdirdə də başqalarının iç işlərimizə  burunlarını soxmalarını xoşlamırıq”.

Kamalizm ideologiyası – milli inqilabçılıqdır. Bu ideologiya qarşısına ümumbəşəri sivilizasiyanın bəhrələrinə qovuşmaq, Avropanın qabaqcıl ölkələrinə çatmaq məqsədini qoymuşdur. Həmin məqsədə yetişmək üçün istifadə olunan metodlarda müharibədən sonrakı totalitar milliyyətçiliyin səciyyəvi xüsusiyyətlərini görmək mümkündür. Təsadüfi deyil ki, Böyük Britaniyanın “Tayms” qəzeti Kamal Atatürkü müharibədən sonra bütün dünyanı bürüyən  xaos içərisindən çıxmış ən böyük şəxsiyyətlərdən biri adlandırarkən dövrün başqa heç bir liderinin onun qədər böyük və uğurlu fəaliyyət göstərə bilmədiyini xüsusi qeyd etmişdi.

Kamal Atatürk möcüzəsinin özəllikləri ondadır ki, o, Avropaya qarşı savaş açmaqla bir sırada ölkəsinin avropalılaşdırılması istiqamətində ciddi uğurlar qazandı. Sovetlər İttifaqı ilə siyasi dostluğa əsaslanmaqla bir sırada  ölkəsinin daxilində kommunizmin bütün təzahürlərini boğdu. Panislamizm və panturanizm ideologiyasına zərbələr endirməklə bir sırada milli-azadlıq hərəkatını məqsədyönlü və düzgün şəkildə qurmaq nəticəsində Şərqdə yeni Türkiyəyə böyük rəğbət qazandırdı. Bu mənada türk-müsəlman dünyasında Kamal Türkiyəsinə göstərilən hörmət və ehtiram İstanbul sarayının hətta təsəvvürünə də gələ bilməzdi.

Yeni İranda, yeni Əfqanıstanda və digər müsəlman ölkələrində islahatçı meyllər birbaşa Kamal Türkiyəsinin təsiri altında meydana çıxmış və yayılmışdır. Təsadüfi deyil ki, Tehran sarayı Atatürkün ölümündən sonra oyanan Şərqin bu mənəvi rəhbərinin vəfatı ilə əlaqədar ölkədə bir aylıq matəm mərasimi elan etmişdir.

Kamal Atatürkün başqa bir möcüzəsi İstanbuldakı Aya Sofya abidəsi üzərində xaç, yoxsa aypara ucaldılması məsələsini Süleyman peyğəmbərə məxsus müdrikliklə həll etməsidir. Onun qərarı ilə bu möhtəşəm abidənin Bizans mədəniyyəti muzeyinə çevrilməsi qərara alındı. Bu addım bir tərəfdən Atatürkün ağır məğlubiyyətə uğratdığı və indi artıq müttəfiq kimi yeni münasibətlər qurduğu öz faciəsinə göz yaşları axıdan Yunanıstanla münasibətləri nizamlamağa təkan verdi, o biri tərəfdən isə mədəni dünyanın türk liderinin universal zəkasına heyran kəsilməsinə daha bir imkan yaratdı.

Kamaldan sonra Türkiyənin aqibəti necə olacaq?

Həmişə belə hallarda olduğu kimi bu suala cavab vermək üçün onun həyatdan getməsi ilə nə baş verdiyinin və dəfnində necə bir mənzərə yarandığının mahiyyətinə varmaq lazımdır. Mənzərə isə belə idi:

17 milyonluq xalq heyrətamiz birlik nümayiş etdirdi. Əbədiyyətə qovuşan Prezidentinin vəsiyyətini sözbəsöz təkrarlayan türk gəncliyinin qeyri-adi coşqunluğuna heyran qalmamaq mümkün deyildi. Türk gəncliyi heç bir çətinlik və məhrumiyyətə baxmayaraq, istənilən şəraitdə öz böyük rəhbər və atasının qoyub getdiyi ən qiymətli irsi – Türkiyə Cümhuriyyətini göz-bəbəyi kimi qoruyacağını vəd edirdi. Bunun ardınca isə Mustafa Kamal zəkası ilə yaradılmış Konstitusiya maşını heç bir maneə ilə üzləşmədən hərəkətə gəlir. Saat mexanizmi kimi dəqiq işləyən Türkiyə Böyük Millət Məclisi 24 saat ərzində toplanır və Atatürkdən sonra Türkiyənin ikinci adamı sayılan İsmət İnönünü yekdilliklə prezident seçir.

“Simali Kafkasiya –

Severnıy Kavkaz”,

1938, № 55-56,  s.19-21

Rus dilindən tərcümə: Vilayət Quliyev

  • Like 2
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Victor Howardsson

Zennimce, BPnin pulu ve tesebbusu ile film cekilib, sonra Fond ozunu yapisdirib.

Her halda, ne Fondun parasi olub, ne tesebbusu, yalniz sohretlenmek hevesleri olub.

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Arximed
2 minutes ago, Victor Howardsson said:

Zennimce, BPnin pulu ve tesebbusu ile film cekilib, sonra Fond ozunu yapisdirib.

Her halda, ne Fondun parasi olub, ne tesebbusu, yalniz sohretlenmek hevesleri olub.

BP Azərbaycan hökumətindən xəbərsiz çətin bunu edə. Nəyinə lazımdır ki?

  • Like 1
Link to comment
Share on other sites

God_bless_you
1 minute ago, Victor Howardsson said:

Zennimce, BPnin pulu ve tesebbusu ile film cekilib, sonra Fond ozunu yapisdirib.

Her halda, ne Fondun parasi olub, ne tesebbusu, yalniz sohretlenmek hevesleri olub.

BP muxtelif xeyriyyecilik tedbirlerini butun payci sirketlerin Yeni Hasilatin Pay Bolgusu -PSA sirketlerin de payi oldugu ortag budceden odeyir. Amma bir operator sirket olarag Bu pullarin onun xerclediyi  kimi gorunur. 

  • Like 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Arximed
12 minutes ago, Bushido said:

 

@Glock 

Altay Göyüshov yazib, maraqlidir.

Mətnin özü. Aparıcının danışığı adamı yorur. 

https://www.bbc.com/azeri/analysis-39221340

 

Edited by Arximed
Link to comment
Share on other sites

Glock
3 minutes ago, Victor Howardsson said:

Zennimce, BPnin pulu ve tesebbusu ile film cekilib, sonra Fond ozunu yapisdirib.

Her halda, ne Fondun parasi olub, ne tesebbusu, yalniz sohretlenmek hevesleri olub.

Bu konkret meseleni bilmirem,  amma bu cür maaliyeleşdirme ( daha doğrusu gabırga olmaq meselesi) çox olur. Fonda havayı reklam, esil müelliflere ise mecburi bu üsulla işinin getmesi....

  • Like 1
Link to comment
Share on other sites

Bushido

О вахткылара бахырсан, Сталин, Ататюрк, Расулзаде. Адам бир агырлыг, деринлик хисс эдир, сияси гёрюшю фергли олса да.

Link to comment
Share on other sites

Arximed

Mənim Fondun filmi maliyyələşdirməsi barədə dediyimin mahiyyəti ayrıdır. Onun real olaraq bunu edib-etməməsi ikinci dərəcəlidir.

Film indiki hakimiyyətin Rusiya siyasətinə birmənalı olaraq ziddir. Rəsulzadənin yerinə müxalifəti qoyun, Əliheydər Qarayevin yerinə indiki hakimiyyəti.

Görünür o vaxt hələ Rusiyaya tam satılmamışdılar. Məncə, indi olsaydı, belə filmə icazə verməzlərdi.

Edited by Arximed
  • Like 2
  • Haha 1
Link to comment
Share on other sites

Arximed
3 minutes ago, Bushido said:

О вахткылара бахырсан, Сталин, Ататюрк, Расулзаде. Адам бир агырлыг, деринлик хисс эдир, сияси гёрюшю фергли олса да.

20-ci əsrin əvvəli ümumiyyətlə aləmdir. Bunlara Çerçill, yenicə öyrəndiyim Polşanın marşalını da əlavə etmək olar. (Stalinin o siyahıda olması məncə düz deyil - quldurbaşı qaniçənin biri olub)

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

Bushido
5 минут назад, Arximed сказал:

Əliheydər Qarayev

 

Один раз в начале 20х годов Алигейдар Караев поднял вопрос о передаче Нагорного Карабаха Армении.

Разозленный Нариманов ему овечает "Алигейдар, Карабах не твоя .... чтобы его давали кому попало."

Мне кажется это не анекдот, потому что Караев на самом деле был геем.

  • Like 2
Link to comment
Share on other sites

Bushido
Только что, Arximed сказал:

Stalinin o siyahıda olması məncə düz deyil - quldurbaşı qaniçənin biri olub

 

Stalin fövqelade zekaya ve derin biliklere sahib nadir insanlardandir.

Siyasi gorüshleri ve zûlmkarligi bashqa meseledir.

  • Like 1
Link to comment
Share on other sites

Sirius191
5 hours ago, Bushido said:

 

Один раз в начале 20х годов Алигейдар Караев поднял вопрос о передаче Нагорного Карабаха Армении.

Разозленный Нариманов ему овечает "Алигейдар, Карабах не твоя .... чтобы его давали кому попало."

Мне кажется это не анекдот, потому что Караев на самом деле был геем.

знаю , что во времена Хрущева дашнаки вновь подняли вопрос  о Гарабаге в кремле

тогда у нас во главе идеолог. отдела  был Назим Гаджиев - так вот на запрос с кремля он такое письмо написал лично Хрущову , что данная тема отпала тут же 

но правда потом Н.Гаджиеву дашнак в крем. больнице сделал такую "операцию" , что он почти через год умер в 38 не то 39 лет - об этом очень подробно написал сын Н.Гаджиева в своей книге об отце (забыл название - вспомню напишу )может кто помнит напишите плиииз

вот какие сыны были в моей Родине - одним письмом сажали дашнаков на свои места

  • Excellent 2
  • Sad 1
Link to comment
Share on other sites

Arximed
8 hours ago, Bushido said:

 

Stalin fövqelade zekaya ve derin biliklere sahib nadir insanlardandir.

Siyasi gorüshleri ve zûlmkarligi bashqa meseledir.

Bu ayrı bir söhbətin mövzusudur. Amma, məncə hakimiyyəti ələ keçirib insanları qırğına uğratmaq intellekt göstəricisi deyil. Uqandanın da lideri bunu edib.

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Arximed
2 hours ago, Sirius191 said:

вот какие сыны были в моей Родине - одним письмом сажали дашнаков на свои места

Biz özümüz burda bir çox yerlərdə ifadələr işlətmişik - bizdən adam olmaz, bizimki elə pomidor-xiyar satmaqdır və s.

Amma fakt budur ki, Rəsulzadə və onun ətrafı tam da onu sübut edir ki, Azərbaycanda dövləini sevən adamlar tapmaq mümkündür.

Amma nə edəsən ki, Sovet rejimi buna imkan vermədi. Say önəmli deyil. Bəzən burda mübahisələr düşür ki, yox qırılan insan sayı 70000 olmayıb, 42358 olub.

Sayın nə fərqi var? Sovet rejimi bacardığı qədər nə qədər millətsevər insan var idisə yox elədi. Düzdü, buna yardım edən Əliheydər Qarayev kimilər də var. Bu da bizim bədbəxtçiliyimizin başqa bir səbəbidir.

  • Like 2
  • Excellent 2
Link to comment
Share on other sites

Arximed

Azərbaycanı Rusiyaya satanların faciəli sonu - Əliheydər Qarayev və dəstəsi Sovet rejimi tərəfindən məhv edildi. 

Çətin ki, Rusiya sevənlər bunu anlasınlar. Amma mən bunu başqa bir kontekstdə yazmışdım.

Qul nə qədər ağasına xidmət edir-etsin, o həmişə qul olaraq qalacaq və kiçik bir səhvində ağa o qulu məhv edəcək.

Azərbaycan hakimiyyəti Rusiyanı nə qədər sevir-sevsin, Rusiya bir gün ona sərf etmədikdə o hakimiyyəti məhv edəcək. 

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

Z.Yaqub: "QOY TARİXDƏN UTANSIN SƏNİ ŞƏRƏ TUTANLAR"

Bu gün müsəlman Şərqində ilk Cümhuriyyətinin qurucusu və ideoloqu, Azərbaycan Milli Şurasının rəisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə də, onun haqqında kişi kimi "Kişi" şeirini yazan xalq şairi Zəlimxan Yaqub da yanvar ayında dünyaya gəliblər.

Zəlimxan Yaqub

KİŞİ

Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr

Yetmiş illik ayrılıq axır ki, çatdı sona,
Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!
Yordum uzaq yolları səsinlə, sorağınla,
Qırdım axır belini həsrətin, qəmin, kişi!

Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm.
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi?

Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!

Sizdən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar quran düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!

Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət "İstiqlal!" – deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!

Kəsilməz, xalqın kökü dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində.
Aylar, illər keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, Əmin kişi!
Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!

  • Like 3
  • Excellent 1
  • I don't like it 2
Link to comment
Share on other sites

Sirius191

чятинки Нагифди я Нафигди хямзяев утана биляр...

беля фейсля утанмырлар ялан данышанда  - савадсыз вя сявиясиз гул 

онун ганы -  яланла йогурулуб - чятин ки бу юнсюр Зялимханы Ягубун бу шейрини охуюб

  • Excellent 2
Link to comment
Share on other sites

God_bless_you
6 hours ago, Arximed said:

Azərbaycanı Rusiyaya satanların faciəli sonu - Əliheydər Qarayev və dəstəsi Sovet rejimi tərəfindən məhv edildi. 

Çətin ki, Rusiya sevənlər bunu anlasınlar. Amma mən bunu başqa bir kontekstdə yazmışdım.

Qul nə qədər ağasına xidmət edir-etsin, o həmişə qul olaraq qalacaq və kiçik bir səhvində ağa o qulu məhv edəcək.

Azərbaycan hakimiyyəti Rusiyanı nə qədər sevir-sevsin, Rusiya bir gün ona sərf etmədikdə o hakimiyyəti məhv edəcək. 

Yuz faiz razıyam bu fikirnən... Satqınların axırı yoxdu... geci tezi var....

adi bir numunə götürək... şirkətlərdə idarələrdə müdürə yaltaqlananlar, info ötürənlər həmişə istifadə ediliblər ... əslində isə o insana həmişə müdürlər nifrət edirlər...

  • Like 1
  • Excellent 1
  • I don't like it 2
Link to comment
Share on other sites

Mr. TANNER
18 часов назад, Arximed сказал:

20-ci əsrin əvvəli ümumiyyətlə aləmdir. Bunlara Çerçill, yenicə öyrəndiyim Polşanın marşalını da əlavə etmək olar. (Stalinin o siyahıda olması məncə düz deyil - quldurbaşı qaniçənin biri olub)

Olub. Sonra isə...

Почитайте "Воспоминания" Жукова, которого трудно обвинить в любви к Сталину...

Link to comment
Share on other sites

Mr. TANNER
18 часов назад, Bushido сказал:

Один раз в начале 20х годов Алигейдар Караев поднял вопрос о передаче Нагорного Карабаха Армении.

Разозленный Нариманов ему овечает "Алигейдар, Карабах не твоя .... чтобы его давали кому попало."

Мне кажется это не анекдот, потому что Караев на самом деле был геем.

А в честь него улица есть, хотя, может, уже и сменили название...

Edited by Mr. TANNER
Link to comment
Share on other sites

Arximed
12 minutes ago, Mr. TANNER said:

Olub. Sonra isə...

Почитайте "Воспоминания" Жукова, которого трудно обвинить в любви к Сталину...

Oxusam belə bu mənim fikrimi dəyişməyəcək. Kimsə Stalinə xüsusi hörmət bəsləyirsə, onun da fikrini dəyişmək niyyətində deyiləm.

  • Like 2
Link to comment
Share on other sites

Bushido
4 минуты назад, Arximed сказал:

Oxusam belə bu mənim fikrimi dəyişməyəcək. Kimsə Stalinə xüsusi hörmət bəsləyirsə, onun da fikrini dəyişmək niyyətində deyiləm.

 

Оценка политической деятельности может быть отрицательным, очень отрицательным.
Но за всю историю человечества Сталин наверняка один из умнейших политиков. Природный ум + самообразование до конца жизни.
Он не только читал сложные философские произведения, но и карандашом делал заметки на страницах. Он писал качественные книги, сам писал, не то что группа писателей за него сочиняли. И это без высшего образования.

В этом он похож на Расулзаде.
У обоих религиозное образование в детстве и несколько лет в светских школах обучались, университеты не заканчивали.
Репортажи и статьи Расулзаде об иранской революции классика азербайджанской журналистики.
Он и серьезные книги писал например "Эсримизин Сиявушу", где объяснял иранские и тюркские корни азербайджанцев. У него замечательные труды в области литературной критики.

  • Like 2
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   15 Members, 14 Anonymous, 113 Guests (See full list)

    • Простолюдин
    • +Operator85
    • +Glock
    • +Martinika
    • +Absheron
    • +Vagrant
    • +Shoxrux
    • +lex-mix
    • +Kassiya
    • +Рюзаки
    • +Ринчин Падма
    • +Чомбе
    • +Agriae
    • +Brat
    • +Bordertown

×
×
  • Create New...

Important Information

Terms and Conditions