Jump to content
Baku365.com

31 Января день рождения М.Э.Расулзаде


Bushido

Recommended Posts

dorian-x

Государственность тут зацыклена на одной семье, на одном клане,у таких народов нет будущего,после И.А(наследников нет) и упадка нефтедобычи тут будет такой бардак что передать трудно,Элита и их потомки покинут страну,тут начнётся такая грызня,для поддержания порядка РФ введёт войска с мандата ООН)) или без,плевать России на мандаты.Европа двулична и продажная. Азербайджан вернётся в границы РФ. Карабах потерян для Азербайджана,другие районы Россия освободит передаст нам ради нашей лояльности.Карабах как и Эревань,Гойча,Зангезур будет потерян для Азербайджана навсегда. Народ который не хочет проливать кровь за землю обречен на поражение. Народ который связывает своё будущее с одной семьёй никогда не будет развиваться. 

Edited by dorian-x
  • Like 1
  • I don't like it 4
Link to comment
Share on other sites

dorian-x

Поэтому я и говорю что те кто уехали из Азербайджана в Европу,вам очень повезло,живите в цивилизованном обществе,создавайте семьи,получайте гражданство ради ваших детей. В Азербайджане люди рождаются уже несвободными а общество и родители добивают их. Менталитет вечен его невозможно изменить в границах Азербайджана. Азербайджан это большая тюрьма для граждан. Кроме стресса тут нечего ловить. Но если вы вор,мошенник,аферист то сможете выжить но потеряете душу. Честный тут не проживет. Он должен подстроится под большинство других иначе даже официантом не устроится. 

  • Like 3
  • I don't like it 3
Link to comment
Share on other sites

God_bless_you

“Rəsulzadə-136” tədbirləri başa çatdı.
İlk “Hesabat”

27 dekabr 2019-cu il tarixində “Borcumuzu qaytaraq. Rəsulzadə Ev-Muzeyi” İctimai Qrupunun Üzeyir bəy Hacıbəylinin ev muzeyində keçirilən təsis yığıncağında elan etdiyimiz niyyəti – Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə 2 gün beynəlxalq konfrans keçirtmək – reallaşdırdıq. Əslində cəmi bir ay müddətində belə bir iddialı layihəni hazırlamaq inanılmaz görünür, ilk növbədə vaxtın azlığı və hər hansı maddi vəsaitin olmaması onun reallaşacağına olan şübhələrə tam əsas verirdi.
Lakin inadımızdan dönmədik, özümüzə güvən və qrupumuzun üzvlərinin dəstəyinə inamla bu tədbirləri məhz nəzərdə tutduğumuz miqyasda və Rəsulzadənin adına layiq yüksək səviyyədə keçirməyə qərar verdik.
“Rəsulzadə irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” mövzusunda beynəlxalq konfransın rəsmi tədbirlər hissəsi yanvarın 30-da Məhəmməd Əmin bəyin Novxanıdakı heykəlini ziyarət ilə başladı, “Park İnn” otelində təntənəli Açılış mərasimi ilə davam etdi, yanvarın 31-də Milli Azərbaycan Tarix muzeyində konfransın elmi bölməsi gün ərzində işlədi və axşam Rəsulzadənin ad günü şərəfinə verilən ziyafətlə başa çatdı.
Qalan günlərdə xarici həmkarlarımız və diaspora nümayəndələrimizlə Rəsulzadə irsinin tədqiqi və Ev-muzeyinin yaradılması ilə bağlı qarşıdakı birgə əməkdaşlıq planlarımızın müzakirələri ilə məşğul olduq və çox ciddi qərarlar verdik ki, bu haqda da sonrakı “Hesabat”larda ətraflı danışılacaq.
“Rəsulzadə tədbirləri” silsiləsindən başladığım ilk “Hesabat”da isə ən əvvəl bu tədbirlər proqramının maliyyə tərəfini açıqlamaq və bizə bu məsələdə dəstək olmuş insanlara minnətdarlığımızı bildirmək istəyirəm. Qrupumuz mahiyyətcə ictimai xarakter daşıyır, odur ki, Cəmiyyət qarşısında fəaliyyətimiz hər mənada şəffaf olmalıdır.
Artıq yuxarıda qeyd edildiyi kimi, bu işə heç bir maddi vəsaitimiz olmadan başladıq. İlk addımlarımızdan maliyyə məsələsini geniş müzakirə mənbəyinə çevirməmək üçün “Bank hesabı açmaq” kimi təkliflərdən dərhal imtina etdik. Aşağıdakı tərkibdə “Təşkilat Komitəsi”: Solmaz Rüstəmova-Tohidi – sədr, Fərhad Cabbarov – xəzinədar, üzvlər: Rais Rəsulzadə, Firdovsiyə Əhmədova, Kamil İbrahimov, Qulu Məhərrəmli, Nigar Gözəlova, Rafael Gülməmmədli, Nicat Gözəlov, Akif Aşırlı – qərar verdi ki, ilkin maliyyə bazasını özümüz yaradaq. Topladığımız vəsait Açılış mərasimi üçün kiçik bir zalın icarəsinə, öz alimlərimizin qüvvəsi ilə elmi konfransa və digər xudmani tədbirlərə bəs edərdi. Lakin, artıq bildiyiniz kimi, iddialarımız böyük idi, odur ki, İctimai Qrupumuzun üzvlərinə və Rəsulzadə sevgisində səmimi olan dostlarımıza müraciət etdik.
Müraciətimizin müsbət cavablanacağına şübhəmiz olmasa da, nəticələr xoş bir əminlik doğurdu. İnandıq ki, bir Cəmiyyət olaraq böyük AD və İşıqlı əməl ətrafında toplaşa, birləşə bilirik və belə işə imkanlarımız hüdudunda maddi və mənəvi dəstək verməyə qadirik. Konfransın təşkilində bizə yardımçı olmuş hər kəsə dərin minnətdarlığımı ifadə etməklə bu insanların və təşkilatların adlarını sizin də bilməyinizi istərdik:

1. Əli Polad bəy (Təbriz-İstanbul) – xarici alimlərin uçuş biletlərinə görə
2. Fizuli Məmmədov (Moskva - diaspora) – xarici alimlərin uçuş biletlərinə görə
3. Hikmət Cavadov (Kiyev - diaspora) – xarici alimin uçuş biletinə görə
4. Burzu Əliyev (Kiyev- diaspora) – xarici alimin uçuş biletinə görə
5. Eldar İsmayılov (“Dədə Qorqud” İctimai Birliyi) – xarici alimin yol xərcinə görə
6. Vahid Mustafayev (ANS şirkətlər birliyi) – xarici qonaqların otel təminatına görə
7. Nailə Vəlixanlı (akademik) – Milli Azərbaycan Tarixi Muzeyində konfransın işinə təşkilati dəstəyə görə
8. Rafael Hüseynov (akademik) – konfransın işinə maddi və mənəvi dəstəyə görə
9. Rafael Gülməmmədli (Bakı İncəsənət Mərkəzi) – bədii tərtibat işlərinə görə
10. Kamil (prof.) və Tural (Turizm Şirkəti) İbrahimovlar – transfer dəstəyinə görə
11. Əligül Ağayev (İqtisadiyyat İnstitutu) – Avropadakı diaspora nümayəndələrinin konfransa müraciətlərinin təşkilində dəstəyə görə
12. Elçin Musa oğlu (kinorejissor) – “Rəsulzadə. Azərbaycan savaşı” film-essenin hazırlanmasında iştirakına görə
13. “Park.İnn” otelinə - konfrans zalının güzəştli icarə qiymətinə görə
14. “Ağ çiçəyim” salonuna – gül çələnginə görə
15. Mahir Əliyev, Fidan Əsgərova və d. – konfrans iştirakçıları üçün təşkil olunan ziyafətlərə və güzəştli qiymətlərə görə
16. Rafiq İsmayılov (naşir), Firdovsiyə Əhmədova, Nigar Gözəlova, Elmar Həsənli – konfransa dəvətnamə və Proqramının nəşrində və paylanmasında iştiraklarına görə
17. Səbuhi İsazadə, Ceyhun Hüseynov – texniki məsələlərdə dəstəyə görə

Bu adlardan əlavə İctimai Qrupun üzvü olmayan, lakin “Rəsulzadə - 136” tədbirlərinə maddi və mənəvi dəstək verən, təvazökarlıq səbəbindən adlarının açıqlanmasını istəməyən hər kəsə – “Rəsulzadə ailəsinə” (Məhəmməd Əmin bəyin bacısı Şəhrəbanu xanımın nəvə və nəticələrinə), öz alim həmkarlarımıza, əziz rəfiqələrimə və onların iş yoldaşlarına, qrupumuzun üzvlərinin yaxın dostlarına – hamınıza Təşkilat Komitəsi adından təşəkkür edirəm.
Biz ən həssas bir məsələdə – nəzərdə tutulan işlərin maddi təminatına nail olmaq işində hazırlığımızı nümayiş etdirdik.
Məhəmməd Əmin Rəsulzadənin Adı, Əməli və İşığı ətrafında düzənlənən və doğum gününə həsr edilən bu tədbirlər bir çox digər məqamları da açıqladı. “Hesabat”larımızı izləyin.

Hörmətlə,
Solmaz Rüstəmova-Tohidi

Image may contain: people standing and outdoor
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   15 Members, 14 Anonymous, 113 Guests (See full list)

    • Простолюдин
    • +Operator85
    • +Glock
    • +Martinika
    • +Absheron
    • +Vagrant
    • +Shoxrux
    • +lex-mix
    • +Kassiya
    • +Рюзаки
    • +Ринчин Падма
    • +Чомбе
    • +Agriae
    • +Brat
    • +Bordertown

×
×
  • Create New...

Important Information

Terms and Conditions